“General seyfi o evdə niyə saxlayıb?”x9d - Məhkəmədən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində DİN Cinayət-Axtarış Baş İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş ailəsini saxta sənədlə ölkədən çıxarmaqda və evindəki seyfindən 60 min manat oğurlamaqda təqsirləndirilən 14 nəfərin növbəti məhkəmə prosesi keçirilib. 


"Qafqazinfo" xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda şahidlərin ifadələri dinlənilib. İlk olaraq zərərçəkmiş Emin Şəkinskinin nümayəndəsi Vidadi Məmmədov çıxış edib.

O bildirib ki, 13 aprel 2014-cü il tarixində Gülnarə Şəkinskayanın yaşadığı mənzildən pul seyfi oğurlanıb. Bu ilin mart ayında isə həmin ev sökülüb. 

Təqsirləndirilən şəxslərin nümayəndəsi isə qeyd edib ki, oğurluq baş verən evdə istintaq keçirilməyib: "Bu istintaq aparılmalı, cinayət işinin tərkibinə salınmalıdır". 

Vəkil Vidadi Məmmədov isə evin artıq söküldüyünü, istintaqın qeyri-mümkün olduğunu deyib. 

Təqsirləndirilən şəxslərin nümayəndəsi: “Bu iclasda Emin Şəkinski özü iştirak etməlidir. Vəkili onun adından ifadə verə bilməz. Suallarımıza məntiqli cavablar verilmir”x9d.

Təqsirləndirilən Daşqın Pənahovun vəkili Aydın Nəzərli: "2008-ci ildə Şəkinski ilə arvadı rəsmi olaraq boşanıb. Nə üçün Emin Şəkinski seyfi o evində saxlayıb? Bunların əmlakı bölünməyib?"

Hakim Əfqan Hacıyev: “Yəqin ki, o biri arvad bilməsin deyə burada saxlayırmış”x9d.

Təqsirləndirilən şəxslərin nümayəndəsi: "Bizdə olan məlumata görə, ev Gülnarə Şəkinskayanın adına olub". 

Vəkil Aydın Nəzərli: “Nə vadar edir di ki, Gülnarə Şəkinskaya 4 uşağı ilə bərabər ölkədən çıxıb?”x9d

Sonra şahidlərin ifadələri dinlənilib. Şahid qismində çıxış edən Əli Baxşəliyev Raquf İsfəndiyarovu tanıdığını bildirib. Bildirib ki, 36 ildən çoxdur, o, Bərdə Rayon İcra Nümayəndəliyində işləyir: "Raqufu çoxdan tanıyıram və ona inanırdım. Bir gün İcra Nümayəndəliyinə gəldi. Mənə bir nəfər qohumunun qeydiyyata salınması üçün arayış lazım olduğunu bildirdi. Şəxsiyyət vəsiqəsi və uşaqlarının şəhadətnaməsini təqdim etdi. Mən də ona arayış verdim”x9d.

Dövlət ittihamçısı Fərid Nağıyev: “Siz həmin şəxsləri görmədən necə arayış vermisiniz? Qanuna görə, onlar özü sizə müraciət etməlidir. Sizin verdiyiniz bu arayış əsasında onlar xaricə qaçıblar. Arayışa kim qol çəkdi, möhürü kim vurdu?”x9d

Şahid Əli Baxşaliyev: “Qolu özüm çəkmişəm. Raquf mənə dedi ki, qadın və uşaqlar dəhlizdədir. Ona inandığım üçün həmin şəxsləri içəri çağırmadım”x9d

Hakim Əfqan Hacıyev: "Bir də belə işlərlə məşğul olma. Sən buna görə işdən azad oluna bilərsən. İndi isə gedə bilərsən”x9d.

Məhkəmə prosesində ikinci şahid olan Şaban Hüseynov dindirilib. O, təqsirləndirilən şəxslərdən Pənah Dadaşovu tanıdığını bildirib: “Bir gün səhər Pənah mənə zəng vurdu. Dedi ki, qohumları Tahir nasazdır, onu Gürcüstana aparmalıdırlar. Mən onları Balakən sərhədinə qədər apardım. Orada 10 dəqiqə gözlədik. Başqa bir maşın gəldi. Maşının içində kimlərin olduğunu görmədim. Onlar barədə mənə heç nə demədilər. Sonra Tbilisi avtovağzalına getdik". 

Dövlət ittihamçısı Fərid Nağıyev: "Bərdədən çıxanda Gürcüstana getdiyinizi bilirdiniz? Sizə nə qədər pul verdilər?" 

Şaban Hüseynov: "200 dollar yol pulu, 500 dollar isə belə verdilər". 

Hakim Əfqan Hacıyev digər şahidlərin də məhkəməyə gətirilməsi barədə qərar çıxardı. 

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatət qaldırıb. Mənzilin kimin adına qeydiyyatda olması ilə bağlı Səbail Rayon İcra Nümayəndəliyinə sorğu göndərilməsini tələb ediblər. Vəsatət təmin olunub.  

Vəkillər Emin Şəkinskinin növbəti məhkəmə prosesində şəxsən iştirakı ilə bağlı vəsatət qaldırıb.  

Növbəti məhkəmə prosesi 23 iyul saat 10:00-a təmin olunub. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə və Ermənistan arasında viza rejimi SADƏLƏŞDİ

Türkiyə və Ermənistan arasında viza rejimi SADƏLƏŞDİ

1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı oldu – Hüquqi xidmətlərdə yeni SƏHİFƏ – VİDEO

1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı oldu – Hüquqi xidmətlərdə yeni SƏHİFƏ – VİDEO

Binəqədidə kafenin fəaliyyəti DAYANDIRILDI - FOTO

Binəqədidə kafenin fəaliyyəti DAYANDIRILDI - FOTO

Bakıda zəncirvari qəzada üç avtobus TOQQUŞDU - VİDEO

Bakıda zəncirvari qəzada üç avtobus TOQQUŞDU - VİDEO

Bağça müəllimlərinin Yeni il tədbirindəki görüntüləri ilə bağlı araşdırma BAŞLADI

Bağça müəllimlərinin Yeni il tədbirindəki görüntüləri ilə bağlı araşdırma BAŞLADI

Paytaxt yollarında TIXAC VAR

Paytaxt yollarında TIXAC VAR

İkinci dəfə kluba baş məşqçi TƏYİN OLUNDU

İkinci dəfə kluba baş məşqçi TƏYİN OLUNDU

Bu restoranda nöqsanlar aşkarlandı - FOTO

Bu restoranda nöqsanlar aşkarlandı - FOTO

Bu il Azərbaycana gətirilən vaksinlərin əsas hissəsi Hindistandan alınıb

Bu il Azərbaycana gətirilən vaksinlərin əsas hissəsi Hindistandan alınıb

Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib - FOTO

Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib - FOTO

Azərbaycanın Milli Qəhrəmanı İsveçdə vəfat etdi - FOTO

Azərbaycanın Milli Qəhrəmanı İsveçdə vəfat etdi - FOTO

Nəsimi rayonunun icra başçısı vəzifəsindən AZAD EDİLDİ

Nəsimi rayonunun icra başçısı vəzifəsindən AZAD EDİLDİ

Bakıda sələmçi 23 bıçaq zərbəsi ilə öldürülüb

Bakıda sələmçi 23 bıçaq zərbəsi ilə öldürülüb

Allergiyası olanlar “Yolka”dan uzaq dursunlar – Həkimdən təhlükəsi barədə XƏBƏRDARLIQ

Allergiyası olanlar “Yolka”dan uzaq dursunlar – Həkimdən təhlükəsi barədə XƏBƏRDARLIQ

Mədəniyyət Nazirliyi 2025-ci ilin HESABATINI verdi

Mədəniyyət Nazirliyi 2025-ci ilin HESABATINI verdi

Hesablama Palatası bu qurumda YOXLAMA aparır

Hesablama Palatası bu qurumda YOXLAMA aparır

Qusarda Milli Qəhrəman Çingiz Qurbanov anıldı - FOTOLAR

Qusarda Milli Qəhrəman Çingiz Qurbanov anıldı - FOTOLAR

İlham Əliyev ailəsi ilə “Bakı Ağ Şəhər”də - YENİLƏNİB/FOTO

İlham Əliyev ailəsi ilə “Bakı Ağ Şəhər”də - YENİLƏNİB/FOTO

Şəhidin adını daşıyan küçədə BİABIRÇI mənzərə - Küçələr sel altında – VİDEO

Şəhidin adını daşıyan küçədə BİABIRÇI mənzərə - Küçələr sel altında – VİDEO

Azərbaycanla Ruanda arasında hava əlaqəsi haqqında Saziş təsdiqləndi

Azərbaycanla Ruanda arasında hava əlaqəsi haqqında Saziş təsdiqləndi

Bakıda və bölgələrdə külək güclənəcək

Bakıda və bölgələrdə külək güclənəcək

Azərbaycanlı idmançı yarışlardan iki il müddətinə kənarlaşdırıldı

Azərbaycanlı idmançı yarışlardan iki il müddətinə kənarlaşdırıldı

Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb - Biləcəridəki körpələr evində QALMAQAL - VİDEO

Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb - Biləcəridəki körpələr evində QALMAQAL - VİDEO

Bakıda kanalizasiya quyusuna yıxılan şəxs belə çıxarıldı - VİDEO

Bakıda kanalizasiya quyusuna yıxılan şəxs belə çıxarıldı - VİDEO

End of content

No more pages to load

RADİO