Dələduzluqla məşğul olan nazirlik işçisi və universitet müəlliminin işi MƏHKƏMƏDƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azərbaycan Pedaqoji Universitetinin müəlliməsi Zemfira Qasımova, Təhsil Nazirliyinin əməkdaşı Rəhilə Abdullayeva və digərlərinin cinayət işi üzrə məhkəmə başlayıb. Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə prokuror ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxslər ifadə verib. Onlar özlərini ittiham üzrə təqsirli bilməyiblər. Məhkəmə iclası noyabrın 7-də davam etdiriləcək. 
 
Qeyd edək ki, vətəndaş Şəlalə Hüseynovanın başqaları ilə əlbir olub cinayət əlaqəsinə girərək vətəndaşların etibarından sui-istifadə etmək və aldatma yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirməsi və yol verdiyi digər qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. 
Aparılan istintaqla 2008-2014-cü illərdə Şəlalə Hüseynovanın Azərbaycan Pedoqoji Universitetinin müəllimi Zemfira Qasımova, Təhsil Nazirliyinin Elm şöbəsinin aparıcı məsləhətçisi Rəhilə Abdullayeva, tanışı İsmayıl İsmayılov və Şövkət Həziyeva ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək ayrı-ayrı şəxslərin müxtəlif ali təhsil müəssisələrinə qəbul etdirməsi və həmin ali təhsil müəssisələrinin diplomlarının verilməsi barədə yalandan vəd edib saxta diplomlar verməklə, habelə məhkəmədə baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı yüngülləşdirmək adı altında vətəndaşlardan ümumilikdə 82 min 400 manat və 15 min ABŞ dolları məbləğində pulu aldatma yolu ilə ələ keçirmələri müəyyənləşib.
Buna görə də Şəlalə Hüseynovaya Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma), İsmayıl İsmayılova, Rəhilə Abdullayevaya, Zemfira Qasımovaya 178.3.2-ci, Şövkət Həziyevaya isə 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrində nəzərdə tutulan ittiham elan edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dini məsələlərlə bağlı çağrı mərkəzi YARADILDI

Dini məsələlərlə bağlı çağrı mərkəzi YARADILDI

Sterlinqin yeni klubu BİLİNDİ

Sterlinqin yeni klubu BİLİNDİ

Eyni pəhriz, fərqli nəticələr

Eyni pəhriz, fərqli nəticələr

Türk serialında yenə musiqimiz səsləndi, bu dəfə milli rəqslə - VİDEO

Türk serialında yenə musiqimiz səsləndi, bu dəfə milli rəqslə - VİDEO

Lökbatanda yanğında 3 nəfər ZƏHƏRLƏNDİ

Lökbatanda yanğında 3 nəfər ZƏHƏRLƏNDİ

Millimizin Millətlər Liqasındakı rəqibləri BƏLLİ OLDU

Millimizin Millətlər Liqasındakı rəqibləri BƏLLİ OLDU

“Elnarə sarımsaq, qatıq satırdı” - VİDEO

“Elnarə sarımsaq, qatıq satırdı” - VİDEO

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

“Sabah”dan ayrılan futbolçu “Zirə”yə KEÇDİ

“Sabah”dan ayrılan futbolçu “Zirə”yə KEÇDİ

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı TƏRK ETDİ

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı TƏRK ETDİ

Ağdamda qadın ev quşları üçün olan dərmandan ZƏHƏRLƏNDİ

Ağdamda qadın ev quşları üçün olan dərmandan ZƏHƏRLƏNDİ

Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

Tramp: “İranla razılaşma əldə etməliyik, əks halda…”

Tramp: “İranla razılaşma əldə etməliyik, əks halda…”

Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - FOTO

Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - FOTO

Almaniya Ukraynaya silah verəcək - BU ŞƏRTLƏ…

Almaniya Ukraynaya silah verəcək - BU ŞƏRTLƏ…

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

End of content

No more pages to load

RADİO