Ötən gün axşam saatlarında Abşeron rayonu Xırdalan şəhərində qətl hadisəsi baş verib.
Abşeron rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Xırdalan şəhərində yaşayan 1982-ci il təvəllüdlü Ramil Məmmədov öldürülüb.
Onu bir neçə bıçaq xəsarətləri ilə xəstəxanaya apararkən yolda ölüb.
Araşdırmalar zamanı məlum olub ki, Rail Məmmədovu dostu 1986-cı il təvəllüdlü Abdulla Saramanov vurub.
Hadisənin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil. Dostunu öldürən şəxsi polis yaxalayıb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.