Dünən gecə reyd keçirən Gəncə polisi vətəndaşa ağır bədən xəsarəti yetirib.
Bu haqda Moderator.az-a xəsarət almış Gəncə şəhər sakini İsmayılov Azər Arif oğlu məlumat verib. Onu sözlərinə görə fevral ayının 23-dən 24-nə kecən gecə özümə məxsus olan maşınla evinə gedərkən Gəncə şəhərinin Nizami küçəsi deyilən ərazidə 5 nömrəli məktəbin qarşısında reyd keçirən 15 nəfərə yaxın polis əməkdaşları tərəfindən saxlanılıb:
"Mən də bu göstərişə riayət edərək bir neşə dəqiqə gözləməli oldum.Sonda polis əməkdaşlarına bildirdim ki, burda çox gözləməli olacam deyib sözümü bitirməmiş polis əməkdaşı əlində olan “Jezla” ilə mənim sifət nahiyəmə zərbə yendirdi.Hadisə yerində sol gözümün üstü dağıldığından qan məni apardı.Hadisə yerində olan polislərdən uzaqlaşıb evimə gəldim”.
Sonda Gəncə sakini DİN rəhbərliyindən Gəncə polisndə ona xəsarət yetirmiş olan şəxsin barəsində ölçü götürülməsini tələb edir.