Sərhəd nəzarəti və Gömrük baxışı zamanı yük avtomobilində şübhəli əşyaların olduğu güman edilib. Hadisə yerinə xüsusi təlim keçən itlər və mütəxəssislər cəlb olunub. Yük avtomobilinin ehtiyat yerinə baxış zamanı 3 qutuda, ümumi çəkisi 50 kiloqram olan güclü partlayıcı qabiliyyətinə malik barıt aşkarlanıb.
Sürücü dindirilmə zamanı partlayıcılardan məlumatsız olduğunu bildirib. Sürücünün sözlərinə görə, ona bu qutuları tanışı verib. Sürücü elə bilib ki, qutuların içində yağ var.
Toplanmış matreallar DGK-nin istintaq idarəsinə göndəriləcək.