Lənkəranskinin adamları Qulinin “sağ əlini”x9d öldürüblər - Təfərrüat

Sentyabrın 11-də Tbilisidə öldürülən azərbaycanlı 1975-ci il təvəllüdlü Elçin Məmmədov yox, kriminal avtoritet Elşən Əmircanski imiş. Bu barədə bir sıra KİV məlumat yayıb. Elşən Əmircanskinin öldürülməsi ilə hazırda Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən “qanuni oğru”x9d, kriminal dünyasında Lotu Quli kimi tanınan Nadir Səlifov öz sağ qolunu itirib. Əmircanski Səlifovun etibarlı adamlarından olub.

Moderator.az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”x9da Gürcüstanın Azərbaycan diasporundakı etibarlı mənbə məlumat verib.

Əmircanskinin hazırkı soyadı hələlik məlum deyil. Ehtimal var ki, Əmircanski cinayətin törədildiyi yerdə tapılan pasportda öz adını Elçin Məmmədov kimi yazdırıb.

Qeyd edək ki, qətl hadisəsi axşam saat 10.00 radələrində, Əmircanski Mirzə Fətəli Axundov muzeyinin yaxınlığındakı “Peris saxli”x9drestoranından (bu restoranlar şəbəkəsi Gürcüstanda məşhurdur və onun əvvəlki adı "Çörək evi" olub-m.) çıxıb özünün yeni Toyota Land Cruiser 200 markalı avtomobilinə oturarkən törədilib.

Mercedes G-klass markalı avtomobillə gələn naməlum şəxs Əmircanskiyə tapançadan bir neçə atəş açandan sonra hadisə yerindən uzaqlaşıb və gizlənib.
“Şahidlərin sözlərinə görə, 5-6 dəfə atıblar. Hər iki tərəf silahlı olub. Hələlik faktla bağlı heç kəs saxlanılmayıb. Lakin müşahidə kameraları kriminal münaqişəni qeydə alıb. Hüquq-mühafizə orqanları istintaq sirrini gizli saxlamaq üçün bizə heç nə demirlər. Təkcə onu bilirəm ki, öldürülən şəxs azərbaycanlıdır və Gürcüstanda yaşamır. O, bir müddət əvvəl cinayət axtarışında olduğu Rusiyadan bura gəlib. O, Gürcüstanda gizlənirdi. Amma göründüyü kimi onu tapıblar və öldürüblər. Sonra evakuatorlar maşınları cinayətin törədildiyi yerdən götürüb”x9d- deyə Sputnik Azərbaycan-a “Milli hərəkat”x9d partiyasından majoritar qaydada Gürcüstran parlamentinə seçilmiş azərbaycanlı deputat Azər Süleymanov bildirib.

Bu hadisə ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 108 (qəsdən adam öldürmə) və 236 (qanunsuz yolla odlu silah əldə etmə və saxlama) maddələri ilə cinayət işi açılıb.xa0

Eyni zamanda məlumdur ki, Əmircanski Azərbaycan vətəndaşıdır. 90-cı illərdə və 2000-ci illərin əvvəllərində o, 28 may metrostansiyasının yaxınlığındakı “Skorpion”x9d(“Əqrəb”x9d) gecə klubunun sahibi olub. Əmircanskinin dayısı hazırda Azərbaycanda ömürlük həbs cəzasına məhkum edilib. KİV-in, eləcə də APA-nın məlumatlarına görə, "Elçin Məmmədov" adı əvvəllər 18 avqust 2016-cı ildə İstanbulun Beşiktaş rayonundakı Barbarossa bulvarında öldürülmüş "qanuni oğru" Rövşən Canıyevin (Lənkəranski) qətlində hallanıb.

Həmin mənbələrin məlumatına görə, Əmircanski sadəcə Lənkəranskinin öldürülməsində iştirak etməyib, onun fiziki cəhətdən aradan qaldırılmasına yardım əlini uzadıb. Bundan sonra Lənkəranskinin tərəfdarları onun intiqamını alacaqlarına and içmişdilər. Əmircanski ovlanacağı anı xeyli gözləməli olub.
Ehtimal var ki, Əmircanskinin qətlinin izləri bu yaxınlarda Odessada baş verən kriminal münaqişəyə aparıb çıxarır. Bu ilin may ayında Odessadakı Qaqarin küçəsində içərisində Gürcüstan əsilli iki azərbaycanlının-İlham Hacıyev və Oktay Arxalının olduğu Gürcüstan dövlət nömrə nişanlı BMW 5 markalı avtomobil atəşə tutulub. Onların hər ikisi yüngül yaralanıb: İlham kürəyindən, Oqtay isə əlindən. Onların hər ikisi Səlifovun etibarlı adamlarındandır.xa0

Tbilisidə baş verən sonuncu qətl hadisəsini kriminal dairələrə yaxın mənbələr həmçinin Sankt-Peterburqda fiziki cəhətdən məhv edilmiş 42 yaşlı Cabir Həsənovla əlaqələndirirlər. O, bu ilin 28 aprelində Lenin prospektində yerləşən â„–148-li evdə qətlə yetirilib. C.Həsənov də Nadir Səlifovun etibarlı adamlarından olub. İlkin məlumatlara görə, Həsənov da Lənkəranskinin qətlində iştirak edib. Bu isə onu deməyə əsas verir ki, Canıyevin tərəfdarları öz əleyhdarlarını sifətdən tanıyırlar və onların aradan qaldırılması üçün "ov mövsümü"nü açıq elan ediblər.

Bunlara paralel olaraq Nadir Səlifovun klanından olanlar Rafiq Masallinski adı ilə məşhur olan “qanuni oğru”x9d Rafiq Eyvazovu güllələyiblər. Səlifovun adamları Eyvazovla çox qəddarcasına davranıblar və ictimaiyyətə bildiriblər ki, bundan sonra günahkarları tapıb intiqamlarını alacaqlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

“Qızım buna çox diqqət edir” - VİDEO

“Qızım buna çox diqqət edir” - VİDEO

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

46 yaşlı Gökhan nişanlandı - FOTO

46 yaşlı Gökhan nişanlandı - FOTO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

End of content

No more pages to load

RADİO