Abbas Abbasovun daha bir adamı fırıldaqçı çıxdı...

Azərbaycan Beynəlxalq Bankının Rusiyada törəmə müəssisəsi olan “ABB-Moskva”x9dnın İdarə Heyətinin sədri Fuad Abdullayev işdən çıxarılıb. Onun yerinə Emin Əfəndiyev təyin edilib.


Qeyd edək ki, Beynəlxalq Bankın Moskva filialı 2001-ci ilin yanvarında yaradılıb. Onun nizamnamə kapitalı 2,11 milyard rubl təşkil edir. Bankın yeganə təsisçisi və sahibi Azərbaycan Beynəlxalq Bankıdır. 

Bir neçə ay əvvəl Rusiya Mərkəzi Bankı Azərbaycan Beynəlxalq Bankının Moskva filialını çirkli pulların yuyulması haqda qanunu pozmaqda ittiham etmişdi. Məlumatda bildirilirdi ki, Azərbaycan Beynəlxalq Bankının Moskva filialı “Cinayətkar yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqda" Qanunun 15.27-ci maddəsinin 1-ci hissəsini pozmaqda günahlandırılır. Bu qanun pozuntusuna görə bank inzibati məsuliyyətə cəlb edilib və ona rəsmi xəbərdarlıq olunub”x9d. Rusiya Mərkəzi Bankının müvafiq qərarı ötən ilin noyabr ayının 7-də qüvvəyə minib. 



Rusiyadan Azərbaycana həyata keçirilən pul köçürmələrinin yarısından çoxu Beynəlxalq Bank vasitəsilə köçürülürdü. Bu köçürmələr “IBA Express”x9d sistemi vasitəsilə aparılırdı. Bu sistem çərçivəsində köçürmələrin ümumi illik həcmi  120 milyon dollardan çox idi.


Beynəlxalq Bankın Moskva filialının rəhbəri haqda ilginc məlumatlar hələ işdən çıxarılmasından əvvəl də vardı. İddia olunurdu ki, yaradıldığı vaxtdan Rusiyada yaşayan azərbaycanlılara bankın Moskva filialından ya kredit verilməyib,  ya da müraciət edənlərə kreditin əvəzində 10-15 faiz həcmində pul verilib. Beynəlxalq Bankdakı dayağı Cahangir Hacıyevin hesabına F.Abdullayev Moskvada özünə var-dövlət qazanıb və oliqarx kimi yaşayıb. 

O Beynəlxalq Bankın pulu ilə Moskvanın Lenin prospektindəki “Forto-Pyano”x9d yaşayış kompleksi üçün azərbaycanlılardan külli miqdarda pul yığsa da, onları aldadıblar. Bu işdə isə filialın kreditlər şöbəsinin direktoru Fərhad Rüstəmovun adı hallanır. F.Rüstəmov kredit qalmaqalına görə Bakıda həbs olunan, yalnız bir neçə gün əvvəl isə hələ ki bilinməyən səbəblərdən azad edilən Nadir Abbasovun qızının əridir. Nadir Abbasov baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun doğma qardaşıdır. Aydındır ki, məhz onun vasitəsilə N.Abbasov  Beynəlxalq Bankdan 10 milyon kredit götürüb. Ümumiyyətlə, Moskva filialının məhz Abbas Abbasovla yaxınlığı, hətta ona işlədiyi barədə iddialar çoxdur. F. Abdullayevin  “Milyarderlər ittifaqı”x9d adlanan qurumun “kassası”x9d olduğu barədə də xəbərlər vardı. 


Məlumatlara görə, Fuad Abdullayevin işdən çıxarılması birbaşa kredit qalmaqalı ilə əlaqəlidir. Hətta onun həbs ediləcəyi barədə də iddialar var. “Azadlıq”x9d qəzeti yazıb ki, yaxın günlərdə “kredit qalmaqalı”x9d ilə bağlı yeni həbslər dalğası başlayacaq. İddialara görə, əsasən Beynəlxalq Bankdan kredit götürən Cahangir Hacıyevə yaxın şirkətlərin məsul işçiləri cinayət məsuliyyətinə cəlb olunacaq. Qəzet bu şirkətlərin sayının 40-a yaxın olduğunu yazır.  

Qeyd olunur ki, kredit qalmaqalının ilk günlərində onlardan çoxunun rəhbəri DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılmışdı. Bəziləri kredit borcunu ödədiyinə görə sərbəst buraxılmışdı. Bəziləri isə hələ də həbsdədir. Möhlət verilən şirkətlər də var. Bildirilir ki, artıq onlara verilən müddət başa çatıb. Lakin hələ də kreditlər ödənilməyib. Ona görə də onların həbs olunması barədə qərar verilib. “Yeni Müsavat”x9d


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Ürəyi ən təmiz 5 BÜRC

Ürəyi ən təmiz 5 BÜRC

"Valideynlər, həyəcan təbili çalınır"

"Valideynlər, həyəcan təbili çalınır"

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

ARB tanınmış müğənniyə qadağa qoyub?

ARB tanınmış müğənniyə qadağa qoyub?

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

Bakıda qadın evinin həyətində ölü tapıldı

Bakıda qadın evinin həyətində ölü tapıldı

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

End of content

No more pages to load

RADİO