Kənd təsərrüfatı naziri onlayn müşavirə keçirdi - FOTO

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Şəkər çuğunduru istehsalının inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə keçirilib.

Bizim.Media Nazirliyə istinadən xəbər verir ki, onlayn müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov, Nazirliyin Aparatı və tabeli qurumlarının əməkdaşları, bu sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.

 

MÖVZU İLƏ BAĞLI:

Azad olunan ərazilərdə tütünçülük inkişaf etdiriləcək - FOTO

Qarabağda aqrar sahə ilə bağlı işlərə başlanılıb - Nazir


Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Bildirilib ki, aqrar sahənin inkişafı, o cümlədən şəkər çuğunduru istehsalının artırılması üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir. Görülən tədbirlər nəticəsində 2020-ci ildə şəkər çuğunduru istehsalında yüksək məhsuldarlığa nail olunub.

Müşavirədə şəkər çuğunduru bitkisinin tәsərrüfat әhәmiyyәtinə toxunulub. Respublikamızda şəkər çuğunduru istehsalı kənd təsərrüfatında vacib sahələrdən biri olduğundan bu sahədə məhsuldarlığın daha da artırılmasının vacib olduğu vurğulanıb. Şəkər çuğunduru yekun emal məhsulu şəkərlə yanaşı, həm də qiymətli yem məhsulu olan silos və melas mənbəyidir.

Müşavirədə bu il şəkər çuğunduru istehsalına hazırlıq və qarşıda duran vəzifələr, bu sahənin inkişafı, hədəflər və perspektivlər müzakirə edilib. Həmçinin, ölkə Prezidenti tərəfindən verilən tapşırığa uyğun olaraq işğaldan azad olunmuş rayonlarda bu sahənin inkişafı ilə bağlı müzakirələr aparılıb.

Keyfiyyətli şəkər çuğunduru istehsalı üçün aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsi, torpaq sahələrinin aqrokimyəvi analizinin aparılması, mineral gübrələrdən düzgün istifadə olunması, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsinin vacib olduğu vurğulanıb.

Məhsuldarlığın artırılması və istehsal xərclərinin optimallaşdırılması üçün fermerlərin kooperativlərdə birləşməsinin əhəmiyyəti və bu istiqamətdə davamlı olaraq maarifləndirmə işlərinin aparılmasının vacibliyi qeyd olunub.

Eyni zamanda, müşavirədə mineral gübrələr, toxum və texnika ilə təminat, suvarma məsələləri, subsidiyaların verilməsi ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əvvəllər belə istilər görülməyib: 2026-cı ildə yeni temperatur rekordu XƏBƏRDARLIĞI

Əvvəllər belə istilər görülməyib: 2026-cı ildə yeni temperatur rekordu XƏBƏRDARLIĞI

Aprel ayında bu 3 BÜRCƏ pul yağacaq

Aprel ayında bu 3 BÜRCƏ pul yağacaq

Teylor Sviftin toy tarixi bəlli oldu

Teylor Sviftin toy tarixi bəlli oldu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

Banklar iki ayda kredit faizlərindən nə qədər gəlir əldə edib? – RƏSMİ

Banklar iki ayda kredit faizlərindən nə qədər gəlir əldə edib? – RƏSMİ

Tatarıstanda zavodda baş verən yanğında yeddi nəfər ölüb

Tatarıstanda zavodda baş verən yanğında yeddi nəfər ölüb

Bu küçədə 1 saatda 100 sürücü niyə cərimə EDİLİR? - BDYPİ-dən AÇIQLAMA

Bu küçədə 1 saatda 100 sürücü niyə cərimə EDİLİR? - BDYPİ-dən AÇIQLAMA

"Bir daha həmin yerə getmərəm"

"Bir daha həmin yerə getmərəm"

Bakının qlobal "fırtınaya" qarşı planı: Təhlükəsizlik yastığı hazırdır

Bakının qlobal "fırtınaya" qarşı planı: Təhlükəsizlik yastığı hazırdır

Türkiyə millisinə yeni himn bəstələyəcək

Türkiyə millisinə yeni himn bəstələyəcək

Meloni Fars körfəzi ölkələrinə elan olunmamış SƏFƏR ETDİ

Meloni Fars körfəzi ölkələrinə elan olunmamış SƏFƏR ETDİ

Oktay Kaynarcanın qarşısında yerə uzandı - Video

Oktay Kaynarcanın qarşısında yerə uzandı - Video

“Bu, sadəcə divara rəsm çəkmək deyil, vandalizm aktıdır”

“Bu, sadəcə divara rəsm çəkmək deyil, vandalizm aktıdır”

Türkiyə lirəni xilas etmək üçün bu yola əl atdı

Türkiyə lirəni xilas etmək üçün bu yola əl atdı

"Küçədə nə danışırlarsa, efirdə də onu edirlər"

"Küçədə nə danışırlarsa, efirdə də onu edirlər"

54 ildən sonra Yerin tam fotosu çəkildi

54 ildən sonra Yerin tam fotosu çəkildi

İsrail ən iri qaz yatağında hasilatı bərpa etdi

İsrail ən iri qaz yatağında hasilatı bərpa etdi

Nizami Kino Mərkəzində vandalizm aktının ANBAAN GÖRÜNTÜLƏRİ

Nizami Kino Mərkəzində vandalizm aktının ANBAAN GÖRÜNTÜLƏRİ

Tanınmış jurnalistə vəzifə verildi – FOTO

Tanınmış jurnalistə vəzifə verildi – FOTO

Bakıda tarixi binanı zədələyənlərin FOTOLARI

Bakıda tarixi binanı zədələyənlərin FOTOLARI

Baba Vəziroğlu QƏZƏBLƏNDİ: “Hələ Rasim Balayevin torpağı yaşdır, ayıbdır!” - EKSKLÜZİV

Baba Vəziroğlu QƏZƏBLƏNDİ: “Hələ Rasim Balayevin torpağı yaşdır, ayıbdır!” - EKSKLÜZİV

Del Pyero İtaliya milli komandasını dünya futbolunun gülüş obyekti adlandırıb

Del Pyero İtaliya milli komandasını dünya futbolunun gülüş obyekti adlandırıb

End of content

No more pages to load

RADİO