Pərviz Şahbazov: "TANAP və TAP təchizatda etibarlılıq rəmzinə çevrilib"

Eenerji böhranı şəraitində Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) təchizatda etibarlılıq rəmzinə çevrilib.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov İstanbulda keçirilən Azərbaycan-Türkiyə II Enerji Forumunda mıxışı zamanı deyib.

"Azərbaycan və Türkiyə enerji təhlükəsizliyinin davamlı təminatında strateji maraq kəsb edən ölkələr oldular. Mürəkkəb geosiyasi və enerji böhranı reallıqlarında Azərbaycan və Türkiyənin getdikcə artan belə geostrateji rolu dövlət başçıları- cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın bir-birinə sarsılmaz inam və güvənlə yürütdükləri siyasətin, onların timsalında Azərbaycan və Türkiyənin birləşmiş gücünün təcəssümüdür"- P. Şahbazov vurğulayıb.

Energetika naziri Forumun Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərində enerji əməkdaşlığının gücləndirilməsinə və qlobal çağırışlara uyğun inkişafına xidmət etdiyini vurğulayıb.
Nazir güclü Azərbaycan-Türkiyə enerji birliyinin tarixi zərurət, regional və Avropa miqyasında təhlükəsiz, dayanıqlı enerji təchizatının qarantı olduğunu söyləyib.

İclasda TANAP-ın Türkiyə üçün hazırkı və dəhlizin genişləndirilməsi ilə artacaq əhəmiyyətindən də bəhs edilib.

2018-ci ilin iyul ayından bu ilin oktyabrınadək Türkiyənin TANAP-la 18 milyard kubmetr təbii qazla təchiz edildiyi, 2022-ci ilin 9 ayında bu ölkəyə tədarük olunmuş 6,1 milyard kubmetr qazın 4,2 milyard kubmetrinin məhz bu boru kəməri ilə nəql edildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, 2023-cü ilə Azərbaycandan Türkiyəyə qaz ixracı 9,3 milyard kubmetrə çatacaq.

Nazir, həmçinin deyib ki, Azərbaycandan elektrik enerjisi Zəngəzur dəhlizi vasitəsilə həm Türkiyəyə ixrac edilə, həm də Avropaya ötürülə bilər. Bununla, neft, təbii qazdan sonra elektrik enerjisi ilə də Azərbaycan və Türkiyə enerji təhlükəsizliyinin təminatında mövqelərini daha da möhkəmləndirmiş olacaqlar.

Qeyd olunub ki, Türkiyə bərpa olunan enerjinin inkişafına, enerji səmərəliliyinə, elektrik enerjisi bazarının liberallaşdırılması və tənzimləməyə dair zəngin təcrübəsini Azərbaycanla bölüşür və bu da ölkələrimizin enerji transformasiya prosesində birgə addımlarına dəstək verir.
Forumda, həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf, “Azərenerji” ASC-nin sədr müavini Vüqar Şahmuradov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, AZPROMO-nın departament direktoru Tural Hacılı, BOTAŞ-ın baş direktoru Burhan Özcan, TPAO-nun Baş direktoru Melih Han Bilgin, TEİAŞ-ın baş direktoru Orhan Kaldırım, EÜAŞ-ın baş direktoru İzzet Alagöz, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının sədri Nail Olpak və digər qurumların rəhbər şəxsləri çıxış edəcək.

Tədbirin yekununda “Azərbaycan-Türkiyə II Enerji Forumunun Protokolu” imzalanacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan-Türkiyə II Enerji Forumu öz işinə bu gün Azərbaycanın energetika naziri Pərviz Şahbazov və türkiyəli həmkarı Fatih Dönməzin rəhbərliyi ilə başlayıb.

Forumdan əvvəl hər iki ölkənin enerji nazirləri arasında ikitərəfli görüş baş tutub. Görüşdə Enerji Forumu formatında əməkdaşlıq prioritetləri üzrə İşçi qruplarının fəaliyyəti nəzərdən keçirilib. 

Karbohidrogen, bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik enerjisi bazarı və tənzimləmə məsələləri üzrə 4 İşçi qrupunun oktyabrın 5-də keçirilmiş görüşlərinin nəticələri barədə müzakirələr aparılıb.
Həmçinin təbii qaz və elektrik enerjisinin tədarükü, eləcə də tranziti ilə bağlı tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ olub

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Prezidentin İZİ İLƏ – Jurnalistlər “Şirvan Aqro” heyvandarlıq kompleksində - FOTO

Prezidentin İZİ İLƏ – Jurnalistlər “Şirvan Aqro” heyvandarlıq kompleksində - FOTO

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Məşhur reperə iş kəsildi

Məşhur reperə iş kəsildi

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Həmkarından Brilliant Dadaşovaya – “Belə mahnı oxuma, efirə sanballı çıx..." - VİDEO

Həmkarından Brilliant Dadaşovaya – “Belə mahnı oxuma, efirə sanballı çıx..." - VİDEO

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Azərbaycanda ciddi su problemi yarana bilər

Azərbaycanda ciddi su problemi yarana bilər

End of content

No more pages to load

RADİO