IGB Bolqarıstan və onun tərəfdaşları üçün sərfəli qaz qiymətlərini təmin edəcək – Baş nazir

Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) Bolqarıstan və onun tərəfdaşları üçün sərfəli qaz qiymətlərini təmin edəcək.

Bizim.Media-nın məlumatına görə, bunu Bolqarıstanın baş naziri Qalab Donev Sofiyada keçirilən IGB-nin açılış mərasimində deyib.

IGB-nin kommersiya istismarı bu gün başlayıb. Yeni qaz kəməri bütün daxili istehlakı ödəmək üçün kifayət qədər buraxılış qabiliyyətinə malikdir. Bundan əlavə, IGB Bolqarıstana təbii qazın tədarük mənbələrinin və marşrutlarının şaxələndirilməsini təmin edəcək ki, bu da ölkənin enerji təhlükəsizliyi üçün əhəmiyyət kəsb edir”, - deyə o bildirib.

Q.Donev qeyd edib ki, Yunanıstan və Bolqarıstan üçün IGB təkcə kommersiya əməkdaşlığına dair saziş deyil, həm də məsuliyyət və həmrəyliyin sübutudur.

"İnterkonnektor təkcə Bolqarıstan üçün təbii qaz tədarükünün mənbələrini və marşrutlarını şaxələndirməyəcək, həm də təbii qazın Yunanıstandan Rumıniya, Moldova, Ukrayna və Mərkəzi Avropaya nəqlinə imkan verəcək. Bununla belə, IGB-nin potensialı Aleksandropolis yaxınlığındakı mayeləşdirilmiş təbii qaz terminalının gələn ilin sonuna gözlənilən istifadəyə verilməsi ilə daha da aydınlaşacaq ki, bu da beynəlxalq bazarda mayeləşdirilmiş təbii qazın müxtəlif tədarük mənbələrinə əlavə çıxışı təmin edəcək”, - baş nazir deyib.

O əlavə edib ki, IGB Aleksandropolis yaxınlığındakı mayeləşdirilmiş təbii qaz terminalı ilə birlikdə işləyəcək.

"Bu, Cənub Qaz Dəhlizinə keçid rolunu oynayacaq və Xəzər regionundan alternativ qaz tədarükünə çıxışı təmin edəcək. Bolqarıstan Aİ ilə Azərbaycan arasında strateji enerji tərəfdaşlığına dair anlaşma memorandumunu və Azərbaycandan təbii qaz tədarükünün artırılması imkanlarını alqışlayır.
Bu, "RePowerEurope" planının şaxələndirmə məqsədlərinə nail olmağa kömək edəcək və Avropaya bir tədarükçüdən həddən artıq asılılıqdan qurtulmağa kömək edəcək. Biz inanırıq ki, IGB Avropa İttifaqının enerji siyasətinin əsas məqsədlərinin həyata keçirilməsində öz layiqli rolunu oynayacaq”, Q.Radev vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran müharibənin bitməsi üçün 3 şərt irəli sürüb

İran müharibənin bitməsi üçün 3 şərt irəli sürüb

Azərbaycan toyunda bu adət DƏYİŞDİ – VİDEO

Azərbaycan toyunda bu adət DƏYİŞDİ – VİDEO

Yaşı 60-dan yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 60-dan yuxarı olanların NƏZƏRİNƏ

“Öləndə də saçım bu formada olacaq” – Niyaməddin Musayev - VİDEO

“Öləndə də saçım bu formada olacaq” – Niyaməddin Musayev - VİDEO

Bu tarixə kimi yağış yağacaq – XƏBƏRDARLIQ

Bu tarixə kimi yağış yağacaq – XƏBƏRDARLIQ

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

İranda kütləvi həbslər həyata keçirilib

İranda kütləvi həbslər həyata keçirilib

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ olub

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Prezidentin İZİ İLƏ – Jurnalistlər “Şirvan Aqro” heyvandarlıq kompleksində - FOTO

Prezidentin İZİ İLƏ – Jurnalistlər “Şirvan Aqro” heyvandarlıq kompleksində - FOTO

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Məşhur reperə iş kəsildi

Məşhur reperə iş kəsildi

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

End of content

No more pages to load

RADİO