Qısa bir zamanda Azərbaycanla sərhəddə yerləşən Ərdəbil vilayətinin Parsabad rayonunda dəmiryol terminalının inşası başlayacaq.
Bizim.Media ''mehrnews'' agentliyinə istinadla xəbər verir ki, bunu İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib.
Onun sözlərinə görə, inşaat işləri ilə əlaqədar Tehranda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasında müqavilə imzalanıb.
Bildirib ki, Ərdəbil-Parsabad dəmir yolunun ilk 25 kilometrinin xəritəsi hazırlanıb:
“Azərbaycanın dəmir yolunun 10 kilometri yenilənəcək, 5 km uzunluğunda yeni dəmiryol xətti çəkiləcək”.
Bizim.Media