Şabranda sahibkarlara 1 milyon manat verildi

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) avqustun 6-da Şabran rayonunun Rəhimli kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu keçirib.

Nazirlikdən Moderator.az -a verilən məlumata görə, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Şabran və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub.

Sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib. Səksənə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şabran rayonunda ixtisaslaşdırılmış “yaşıl market”x9din, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, çörək, şirniyyat və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.xa0



Şirzad Abdullayev- SKMF sədri

Fondun icraçı direktoru Şirzad Abdullayev deyib ki, 2015-ci ilin ötən dövrü ərzində respublika üzrə 3470-dən çox sahibkara 128,5 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 7900-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Bildirilib ki, ümumilikdə, indiyədəkxa0Quba-Xaçmaz iqtisadi rayonundaxa0fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2020-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 137 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, quru meyvə, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 10400-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.




İşgüzar forum çərçivəsində Şabran və ətraf rayonlardan olan 44 sahibkara 1 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, toxumçuluq, bağçılıq, əkinçilik, arıçılıq, logistik mərkəzin inşası və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.xa0

Forum çərçivəsində Şabran rayonunun Gəndov kəndində güzəştli kreditlərdən istifadə etməklə tikilmiş logistik mərkəzə, üzümçülük təsərrüfatlarına və Dəvəçi kəndində salınmış meyvə bağına baxış keçirilib.


Quba-Xaçmaz iqtisadi rayonunun xəritəsi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Nərgiz Paşayevanın qızı Kannda - FOTOLAR

Nərgiz Paşayevanın qızı Kannda - FOTOLAR

Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin yük ötürmə qabiliyyəti 5 dəfə ARTIRILDI - FOTO

Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin yük ötürmə qabiliyyəti 5 dəfə ARTIRILDI - FOTO

İran ABŞ-a 14 maddəlik təklif göndərib – “Tasnim”

İran ABŞ-a 14 maddəlik təklif göndərib – “Tasnim”

Sabah bəzi insanlarda NARAHATLIQ HİSSİ yarana bilər

Sabah bəzi insanlarda NARAHATLIQ HİSSİ yarana bilər

Ukrayna Baş nazirinin müavini: “Qarabağdakı yenidənqurma bizim üçün çox dəyərli modeldir”

Ukrayna Baş nazirinin müavini: “Qarabağdakı yenidənqurma bizim üçün çox dəyərli modeldir”

Hakan Fidan Almaniyada Mertslə görüşdü - FOTO

Hakan Fidan Almaniyada Mertslə görüşdü - FOTO

"Bakıda özümü yad ölkədə hiss etmirəm" - Məryəm Nəvaz Şərif

"Bakıda özümü yad ölkədə hiss etmirəm" - Məryəm Nəvaz Şərif

ATU-dan magistr olmaq istəyənlərə ŞANS: qəbul yerləri elan olundu

ATU-dan magistr olmaq istəyənlərə ŞANS: qəbul yerləri elan olundu

Qarabağ atları Vindzorda Britaniya tamaşaçılarını heyran qoydu - FOTO/VİDEO

Qarabağ atları Vindzorda Britaniya tamaşaçılarını heyran qoydu - FOTO/VİDEO

“EFES-2026”: Gəminin yüksək peşəkarlıqla nəzarətə götürülmə anları - VİDEO

“EFES-2026”: Gəminin yüksək peşəkarlıqla nəzarətə götürülmə anları - VİDEO

Bu, İlham Əliyevin Vətənə sevgisinin nəticəsidir - Şavkat Mirziyoyev

Bu, İlham Əliyevin Vətənə sevgisinin nəticəsidir - Şavkat Mirziyoyev

Üç rayonun bəzi ƏRAZİLƏRİNDƏ qaz olmayacaq

Üç rayonun bəzi ƏRAZİLƏRİNDƏ qaz olmayacaq

8 yaşlı azərbaycanlı qız Ryazana PUA hücumu zamanı həlak olub - FOTO

8 yaşlı azərbaycanlı qız Ryazana PUA hücumu zamanı həlak olub - FOTO

"Aston Martin" yeni superkar hazırladı

"Aston Martin" yeni superkar hazırladı

İranlı deputat: "Top indi amerikalıların tərəfindədir”

İranlı deputat: "Top indi amerikalıların tərəfindədir”

İlham Əliyev Şavkat Mirziyoyevlə görüşdü – FOTO

İlham Əliyev Şavkat Mirziyoyevlə görüşdü – FOTO

Elvin Hacıyevə yüksək vəzifə verildi

Elvin Hacıyevə yüksək vəzifə verildi

Mikola Kalaşnik: “Rusiyanın Kiyevdə dağıntığı obyektlərin 80 faizini bərpa etmişik”

Mikola Kalaşnik: “Rusiyanın Kiyevdə dağıntığı obyektlərin 80 faizini bərpa etmişik”

Murat Kurum: “COP31-də Azərbaycanın təcrübəsindən istifadə edəcəyik” – VİDEO

Murat Kurum: “COP31-də Azərbaycanın təcrübəsindən istifadə edəcəyik” – VİDEO

Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri AÇIQLANDI

Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri AÇIQLANDI

Keniya Prezidenti: Bizə göstərdiyi qonaqpərvərliyə görə İlham Əliyevə təşəkkür edirəm

Keniya Prezidenti: Bizə göstərdiyi qonaqpərvərliyə görə İlham Əliyevə təşəkkür edirəm

Xəyanətlə itirilən, qətiyyətlə GERİ ALINAN LAÇIN - 1992-ci ilin utancı, 2020-ci ilin QÜRURU - VİDEO

Xəyanətlə itirilən, qətiyyətlə GERİ ALINAN LAÇIN - 1992-ci ilin utancı, 2020-ci ilin QÜRURU - VİDEO

Atmağa heyfi gəldi: Hobbi olaraq başladı, sifarişlərin ardı-arası kəsilmir - FOTO

Atmağa heyfi gəldi: Hobbi olaraq başladı, sifarişlərin ardı-arası kəsilmir - FOTO

End of content

No more pages to load

RADİO