Taxıl qiymətləri BU TARİXDƏN ucuzlaşacaq – Natiq Cəfərlidən PROQNOZ 

Xəbər verdiyimiz kimi, iyulun 13-də Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş tutub.

Belə ki, nümayəndə heyətləri Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan bu il taxıl istehsalında rekordu təzələyəcək - RƏSMİ


Müzakirələrin nəticəsi olaraq tərəflər Koordinasiya mərkəzinin yaradılmasını razışladırıblar. Ümumilikdə isə müzakirələrin nəticəsi olaraq Ukrayna taxılının dnüya bazarına çıxarılması istiqamətində mühüm irəliləyişlərə nail olunub.

Digər tərəfdən, dünyanın digər böyük taxıl ixracatçılarından olan Qazaxıstandan da mühüm açıqlamalar gəlib. Qazaxıstan hökuməti Azərbaycanın da daxil olduğu 10 ölkəyə taxıl ixracını artırmaq niyyətində olduqlarını açıqlayıb. 

Təbii ki, Ukrayna və Qazaxıstandan dünya bazarına daha çox taxılın çıxarılması qiymətlərdə də azalmanın olacağı ehtimalını gücləndirib.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert artıq sözügedən irəliləyişlərin qiymətlərə təsir etməyə başladığını bildirib:

“Artıq dünya birjalarında bir buşel (təqribən 27,2 kq) taxılın qiymətində 5%-ə yaxın ucuzlaşma müşahidə olunur. Yəni bu xəbərlər birbaşa qiymətlərə təsir edib. Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində taxıl bazarına dəyən ziyanın bir hissəsi Türkiyə vasitəsilə aradan qalxarsa, bu qiymət artımın səngiməsinə səbəb ola bilər. 

Çünki Ukraynanın ixracatında zatən irəliləyiş var idi. Quru yolları və Dunay çayı vasitəsilə 5 milyon tona yaxın Ukrayna taxılını Avropaya çıxarmaq mümkün olmuşdu. İndi təqribən 15 milyon tona yaxın taxıl Ukrayna anbarlarında qalıb. Bu da boşaldılmalıdır ki, payızda yığım zamanı anbarlarda yer olsun. Bu çox vacib texniki məsələdir”.

Ekspertin sözlərinə görə, Ukraynadan gələcək taxılın əsasən Afrika və Asiya bazarlarına çıxarılması nəzərdə tutulur: 

Düşünürəm ki, anlaşmadan sonra, artıq taxıl bazarında müəyyən dərəcədə rahatlama olacaq və nəticə etibarilə bu, qiymətlərin enməsinə təsir edən amilə çevrilə bilər.
Əgər anlaşma pozulmasza, bu taxıl bazarına müsbət təsir göstərəcək. Məsələnin əsas məğzi də elə bundan ibarətdir. BMT rəsmisi də dünən qeyd etdi ki, əgər Rusiya anlaşmanı pozmasa, taxıl bazarında rahatlama mümkün olacaq”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq

Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq

Fransada 500-ə yaxın məktəb etirazlar səbəbindən bağlanacaq - VİDEO

Fransada 500-ə yaxın məktəb etirazlar səbəbindən bağlanacaq - VİDEO

Ancelina Coli Qəzzadakı dağıntıların miqyasını Google Earth vasitəsilə göstərdi - FOTO

Ancelina Coli Qəzzadakı dağıntıların miqyasını Google Earth vasitəsilə göstərdi - FOTO

"Google"dən "Gemini Pro" modeli ilə bağlı AÇIQLAMA: Bu tarixdən etibarən...

"Google"dən "Gemini Pro" modeli ilə bağlı AÇIQLAMA: Bu tarixdən etibarən...

“Bitcoin”in qiyməti 86 min dolları ötdü

“Bitcoin”in qiyməti 86 min dolları ötdü

Millətlər Liqası: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı

Millətlər Liqası: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı

Gürcüstanda azərbaycanlı qətlə yetirildi - FOTO

Gürcüstanda azərbaycanlı qətlə yetirildi - FOTO

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

“Nobel həftəsi” başlayır - Bu gün tibb üzrə qalib elan ediləcək

“Nobel həftəsi” başlayır - Bu gün tibb üzrə qalib elan ediləcək

Braziliyada prezident seçkiləri sona çatdı: Təkrar səsvermə olacaq - VİDEO

Braziliyada prezident seçkiləri sona çatdı: Təkrar səsvermə olacaq - VİDEO

10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı

10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı

Millətlər Liqası: Portuqaliya 1/4 finalına vəsiqə qazandı - VİDEO

Millətlər Liqası: Portuqaliya 1/4 finalına vəsiqə qazandı - VİDEO

Vətən müharibəsinin xronikası: 5 oktyabr - VİDEO

Vətən müharibəsinin xronikası: 5 oktyabr - VİDEO

Həmin partlayış bu antiperspirantlara görə olubmuş - Video

Həmin partlayış bu antiperspirantlara görə olubmuş - Video

Uşaq istəyən qadınlar bu kəndə axın edir

Uşaq istəyən qadınlar bu kəndə axın edir

Biləsuvarda həkim həyat yoldaşı ilə qəzaya DÜŞDÜ

Biləsuvarda həkim həyat yoldaşı ilə qəzaya DÜŞDÜ

Hindistan XİN rəhbəri: Dehli Rusiya və Ukrayna ilə müharibənin dayandırılmasını müzakirə edir

Hindistan XİN rəhbəri: Dehli Rusiya və Ukrayna ilə müharibənin dayandırılmasını müzakirə edir

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

End of content

No more pages to load

RADİO