Avropa Yenidənqurma və İnkişaf Bankından Gəncəyə 10 milyonluq YATIRIM 

Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə yaşayan 300 000-dən çox insan şəhər İcra Hakimiyyəti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasındakı əməkdaşlıq sayəsində şəhər mühitinin yaxşılaşdırılmasından faydalanacaq.  

Bizim.Media-nın yerli bürosu Gəncə şəhər İcra Hakimiyyətinə istinadən məlumat verir ki, bu gün AYİB-in birinci vitse-prezidenti Yurgen Rigterink, Azərbaycanın maliyyə naziri Samir Şərifov və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov arasında imzalanan sazişlərdə, AYİB şəhərin bərk məişət tullantılarının toplanması infrastrukturunun yaxşılaşdırılmasına sərmayə qoyuluşunu öhdəsinə götürüb.  

Layihə Gəncənin AYİB-nin “Yaşıl Şəhərlər” (EBRD Green Cities) proqramına cəlb edilməsinin bir hissəsidir və şəhərin “Yaşıl Şəhər” Tədbirlər Planının (YŞTP) inkişafına təkan verəcək.
10 milyon avroluq kredit tullantıların ağıllı toplanması və marşrutun optimallaşdırılması sistemlərinin tətbiqinə sərf olunacaq.  

Yeni konteyner növləri, mövcud tullantı parkının təkmilləşdirilməsi və daha “yaşıl” nəqliyyat vasitələrinin tətbiqi şəhərin kommunal xidmətlərində karbon izinin əhəmiyyətli dərəcədə azalmasına imkan verəcək.

Bugünkü razılaşma müasir regional sanitar poliqonun tikintisi ilə bərk məişət tullantılarının təkmilləşdirilməsinin başa çatdırılmasına yönəlmiş növbəti layihəyə yol açacaq.

Tullantıların toplanması xidmətlərinin əhatə dairəsinin artırılması və genişləndirilməsi tullantıların nəzarətsiz yandırılmasını minimuma endirəcək, eyni zamanda əhalinin sağlamlığının və ümumi ətraf mühitin yaxşılaşmasına imkan verəcək.

Bu tədbirlər həmçinin, kommunal xidmət sahəsi işçilərinin iş şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır.  
5 milyard avro dəyərində olan AYİB Yaşıl Şəhərlər proqramı üzv şəhərlərə xüsusi olaraq “Yaşıl Şəhər” Tədbirlər Planı hazırlamaq və hər bir şəhərin şəhər problemlərini həll etmək üçün məqsədyönlü sərmayələr etməklə, ən aktual ekoloji problemlərini müəyyən etmək, prioritetləşdirmək və həll etmək üçün dəstək verir. Gəncə bu proqrama 2020-ci ildə qoşulub.  

Qeyd edək ki, Gəncə Azərbaycanda AYİB-in Yaşıl Şəhərlər şəhər dayanıqlılıq proqramına qoşulan ilk şəhərdir. Hazırda “Yaşıl Şəhərlər” proqramının 56 üzv şəhəri var.

AYİB Azərbaycanda mühüm institusional investordur. Bu günə qədər Bank ölkəyə 181 layihə vasitəsilə 3,5 milyard avrodan çox sərmayə yatırımı edib.

Məqsəd Rəhimov Bizim.Media Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hər kəs 60 saniyə qaydasından DANIŞIR - QIZIL ÜSUL

Hər kəs 60 saniyə qaydasından DANIŞIR - QIZIL ÜSUL

Xaçmazda köməksiz vəziyyətdə qalan 22 nəfər belə xilas edildi – ANBAAN VİDEO

Xaçmazda köməksiz vəziyyətdə qalan 22 nəfər belə xilas edildi – ANBAAN VİDEO

Uqanda ordusunun komandanı: “Tehranı iki həftəyə ələ keçirərik” – VİDEO

Uqanda ordusunun komandanı: “Tehranı iki həftəyə ələ keçirərik” – VİDEO

Sel hadisəsi qeydə alınan çaylar açıqlandı – VİDEO

Sel hadisəsi qeydə alınan çaylar açıqlandı – VİDEO

Yağışa düşmüş adama bu içkini QƏTİYYƏN VERMƏYİN!

Yağışa düşmüş adama bu içkini QƏTİYYƏN VERMƏYİN!

İspaniya klubundan “Qarabağ”ın futbolçusu üçün 12 milyonluq TƏKLİF

İspaniya klubundan “Qarabağ”ın futbolçusu üçün 12 milyonluq TƏKLİF

Süfrələrdən əskik olmayan bu çərəz qəbiristanlıq bitkisiymiş...

Süfrələrdən əskik olmayan bu çərəz qəbiristanlıq bitkisiymiş...

Bu bürclər emosiyalarını gizlətməkdə ustadırlar – SİRLİ BEŞLİK

Bu bürclər emosiyalarını gizlətməkdə ustadırlar – SİRLİ BEŞLİK

Yağış səbəbindən bağlanan Quba-Xınalıq yolunda SON VƏZİYYƏT – FOTO/VİDEO

Yağış səbəbindən bağlanan Quba-Xınalıq yolunda SON VƏZİYYƏT – FOTO/VİDEO

İşıqforlar işləməsə, bu nömrəyə zəng edin – FOTO

İşıqforlar işləməsə, bu nömrəyə zəng edin – FOTO

Argentina çətinliklə qalib gəldi - VİDEO

Argentina çətinliklə qalib gəldi - VİDEO

Trampın xüsusi elçisi İlham Əliyevin uğurlu liderlik nümunəsindən danışdı – VİDEO

Trampın xüsusi elçisi İlham Əliyevin uğurlu liderlik nümunəsindən danışdı – VİDEO

Böyük imperiyaların QƏNİMƏTİ – Makedoniyalı İsgəndərdən, Fateh Sultan Mehmetə qədər əl-əl gəzən YARIMADA – FOTO

Böyük imperiyaların QƏNİMƏTİ – Makedoniyalı İsgəndərdən, Fateh Sultan Mehmetə qədər əl-əl gəzən YARIMADA – FOTO

Yağış sularına təslim olan ŞƏHƏRLƏR – Son illərdə iqlim dəyişikliyinin dünyada TÖRƏTDİYİ FƏSADLAR – VİDEO

Yağış sularına təslim olan ŞƏHƏRLƏR – Son illərdə iqlim dəyişikliyinin dünyada TÖRƏTDİYİ FƏSADLAR – VİDEO

Röya keçmiş ailəsindən danışdı: “Canımı qurtarmışam” – VİDEO

Röya keçmiş ailəsindən danışdı: “Canımı qurtarmışam” – VİDEO

Yağıntı tədricən kəsiləcək – BU TARİXDƏN

Yağıntı tədricən kəsiləcək – BU TARİXDƏN

Şokolad sızanaq yaradır?

Şokolad sızanaq yaradır?

Bakıda yağıntının miqdarında tarixi REKORD

Bakıda yağıntının miqdarında tarixi REKORD

Bakıda bina qəzalı vəziyyətə düşdü - VİDEO

Bakıda bina qəzalı vəziyyətə düşdü - VİDEO

DTX və “AnewZ”-dan BİRGƏ LAYİHƏ – “Yolun yarısında” sənədli filmi – VİDEO

DTX və “AnewZ”-dan BİRGƏ LAYİHƏ – “Yolun yarısında” sənədli filmi – VİDEO

Gömrükdə ƏMƏLİYYAT – Kahı yükünün içərisində narkotik keçirmək istədilər – FOTO/VİDEO

Gömrükdə ƏMƏLİYYAT – Kahı yükünün içərisində narkotik keçirmək istədilər – FOTO/VİDEO

İran ABŞ bazasına ZƏRBƏ ENDİRDİ – Onlarla hərbçi yaralandı – FOTO

İran ABŞ bazasına ZƏRBƏ ENDİRDİ – Onlarla hərbçi yaralandı – FOTO

Dağıstanda son yüz ilin ən güclü YAĞINTISI – Şəhərlər su altında qaldı – VİDEO

Dağıstanda son yüz ilin ən güclü YAĞINTISI – Şəhərlər su altında qaldı – VİDEO

Baldızını dostu ilə birgə öldürərək meyitini maşınla aparıb – TƏFƏRRÜAT

Baldızını dostu ilə birgə öldürərək meyitini maşınla aparıb – TƏFƏRRÜAT

End of content

No more pages to load

RADİO