Daşkənddə "ABB Davr" Bank layihəsinin açılışı oldu – FOTO

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin onlayn formatda iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub.

Bizim.Media xəbər verir ki, layihənin açılışı Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimi tədbiri çərçivəsində edilib.

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə mətbuata birgə bəyanatında bu hadisəni aparıcı Azərbaycan bankının Özbəkistan bazarına daxil olması kimi dəyərləndirib.

Layihə ABB-nin Özbəkistanın kommersiya banklarından olan Davr Bankın əsas nəzarət səhm paketini əldə edərək bu ölkənin bazarında "ABB Davr" Bank adı ilə fəaliyyətini nəzərdə tutur.
 

Xatırladaq ki, avqustun 22-də Daşkənddə təşkil olunmuş IV Özbəkistan-Azərbaycan regionlararası forumunda ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovla Davr Bankın təsisçisi və Müşahidə Şurasının sədri Lütfulla Ubayev Davr Bankın əsas nəzarət səhm paketinin ABB tərəfindən alınmasına dair anlaşma sənədi imzalamışdılar.


Beləliklə, layihəyə start verildi və ABB 2026-2028-ci illər üzrə strateji inkişaf planında nəzərdə tutulmuş coğrafi genişlənmə hədəfinə uyğun olaraq Özbəkistanın maliyyə bazarına daxil oldu.

Bank "ABB Davr" Bank brendi ilə Özbəkistanın bütün regionlarında korporativ və fərdi müştərilərə universal maliyyə xidmətləri göstərəcək.

ABB Maliyyə Qrupu son illərdə özünü doğrultmuş korporativ idarəetmə sistemini, rəqəmsallaşma, süni intellekt əsaslı innovativ layihələrini, kiçik və orta bizneslər üçün universal maliyyə həllərini Özbəkistan bazarında da geniş tətbiq edəcək. 40 milyona yaxın əhalisi olan, iqtisadiyyatı ardıcıl sürətlə inkişaf edən Özbəkistanın bank sektorunda yeni təcrübələr yaratmağa çalışacaq. Xüsusilə ölkədəki kiçik və orta bizneslərin inkişafı üçün əlavə imkanlar açacaq.

Bu bazarda məqsədyönlü fəaliyyət ABB-yə də böyük imkanlar qazandıracaq. Tanınmış Azərbaycan brendi olan ABB Maliyyə Qrupunun regional və beynəlxalq imicini daha da möhkəmləndirəcək.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Özbəkistan bazarında iştiraka yaradılmış şəraitə görə Azərbaycan və Özbəkistan prezidentlərinə, həmçinin bu prosesə dəstək vermiş müvafiq dövlət qurumlarına minnətdarlığını bildirib:

"Bizim üçün böyük şərəfdir ki, ABB-nin yeni strateji dövrdə qarşıya qoyduğu coğrafi genişlənmə hədəfinə doğru ilk tarixi addım məhz qardaş Özbəkistandan başlandı. Bu layihəni Özbəkistanda uzunmüddətli fəaliyyətimizin başlanğıcı kimi qiymətləndiririk, biznes, vətəndaşlar, eləcə də ölkə iqtisadiyyatı üçün etibarlı maliyyə tərəfdaşı olmaq istəyirik. Niyyətimiz yeni imkanlar yaratmaq, iqtisadiyyata dəstək olmaq, Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişafına töhfə verməkdir".

Davr Bankın təsisçisi və Müşahidə Şurasının sədri Lütfulla Ubayev bildirib:

"Bu əqdlə biz bank xidmətlərini keyfiyyətcə yeni mərhələyə daşıyırıq. Yeni tərəfdaşımızın təcrübəsi, innovativ texnologiyaları və dayanıqlı kapitalı Davr Bank-a ən qısa zamanda müştərilərinə qabaqcıl maliyyə məhsulları təqdim etməyə imkan verəcək. Bu tərəfdaşlıq bankımız üçün daha yüksək sabitliyin və güclü texnoloji sıçrayışın təminatıdır".

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi //abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Liderlər və birinci xanımlar “Ark” qalasında

Liderlər və birinci xanımlar “Ark” qalasında

Günəş sistemi ilə bağlı sirri açıldı: Yer əslində necə yaranıb? - ŞOK ARAŞDIRMA

Günəş sistemi ilə bağlı sirri açıldı: Yer əslində necə yaranıb? - ŞOK ARAŞDIRMA

Prezidentlər və birinci xanımların İsmayıl Samani türbəsini ziyarətindən VİDEO

Prezidentlər və birinci xanımların İsmayıl Samani türbəsini ziyarətindən VİDEO

Çindən gətirilən bəzi məhsullarda uyğunsuzluq aşkarlandı – SİYAHI – FOTO

Çindən gətirilən bəzi məhsullarda uyğunsuzluq aşkarlandı – SİYAHI – FOTO

İllərdir itkin hesab edilirdilər... – Vətənlərinə belə qayıtdılar – FOTO

İllərdir itkin hesab edilirdilər... – Vətənlərinə belə qayıtdılar – FOTO

Allergiyadan əziyyət çəkənlərin NƏZƏRİNƏ – Qidalarla bağlı yeni qayda TƏSDİQLƏNDİ – RƏSMİ

Allergiyadan əziyyət çəkənlərin NƏZƏRİNƏ – Qidalarla bağlı yeni qayda TƏSDİQLƏNDİ – RƏSMİ

Beyni qoruyan qida:Bitki mənşəli zülalla zəngin 3 faydalı məhsul

Beyni qoruyan qida:Bitki mənşəli zülalla zəngin 3 faydalı məhsul

Dostluqdan müttəfiqliyə, müttəfiqlikdən əbədiyyətə: Azərbaycan-Özbəkistan münasibətlərində YENİ TARİX

Dostluqdan müttəfiqliyə, müttəfiqlikdən əbədiyyətə: Azərbaycan-Özbəkistan münasibətlərində YENİ TARİX

34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı

34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı

Xələf Xələfova AĞIR İTKİ – FOTO

Xələf Xələfova AĞIR İTKİ – FOTO

Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ

Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ

Adapter daim elektrikə qoşulu qalarsa, nə baş verər?

Adapter daim elektrikə qoşulu qalarsa, nə baş verər?

Bakı metrosunda qatarların hərəkət intervalı azaldılacaq? – RƏSMİ AÇIQLAMA

Bakı metrosunda qatarların hərəkət intervalı azaldılacaq? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda ƏMƏLİYYAT – Qaçaq yolla gətirilən narkotik belə aşkarlandı – VİDEO

Azərbaycanda ƏMƏLİYYAT – Qaçaq yolla gətirilən narkotik belə aşkarlandı – VİDEO

Uzunsov telefonlar populyarlığını itirir— Bu modellər yenidən dəbə qayıdır

Uzunsov telefonlar populyarlığını itirir— Bu modellər yenidən dəbə qayıdır

“TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi – FOTO

“TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi – FOTO

“Qırmızı Körpü”də ƏMƏLİYYAT – Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı – FOTO

“Qırmızı Körpü”də ƏMƏLİYYAT – Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı – FOTO

Evinizin sərin olmasını istəyirsinizsə işıqlandırmanı düzgün seçin: Ağ, yoxsa sarı?

Evinizin sərin olmasını istəyirsinizsə işıqlandırmanı düzgün seçin: Ağ, yoxsa sarı?

Biznesini başqa ölkələrə köçürənlərin DİQQƏTİNƏ - Bu halda fəaliyyətiniz bloklanacaq

Biznesini başqa ölkələrə köçürənlərin DİQQƏTİNƏ - Bu halda fəaliyyətiniz bloklanacaq

Tovuzda AĞIR QƏZA – Xəsarət alan var

Tovuzda AĞIR QƏZA – Xəsarət alan var

İmişlidə toyda qəfil ölən 25 yaşlı oğlanın FOTOSU

İmişlidə toyda qəfil ölən 25 yaşlı oğlanın FOTOSU

Suriyada partlayış olub - Ölən və yaralananlar var

Suriyada partlayış olub - Ölən və yaralananlar var

Azad edilmiş ərazilərdə 1 829 hektardan çox ərazi minalardan təmizlənib

Azad edilmiş ərazilərdə 1 829 hektardan çox ərazi minalardan təmizlənib

Xarici pasportu olanlara MÜHÜM XƏBƏRDARLIQ

Xarici pasportu olanlara MÜHÜM XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO