Trans-Adriatik Boru Kəməri (TAP) indiyədək İtaliyanı 49,5 milyard kubmetr qazla təmin edib.
Bizim.Media xəbər verir ki, bu barədə İtaliyanı Respublika Günü münasibətilə təbrik edən energetika naziri Pərviz Şahbazov "X" sosial media hesabındakı paylaşımda bildirib.
Nazir bildirib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı və neft-qaz ixracının əhəmiyyətli hissəsinin yönəldiyi ölkədir.
"Çoxölçülü strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni investisiya, enerji layihələri və humanitar əməkdaşlıqla daha da güclənir", - P. Şahbazov qeyd edib.
Bizim.Media