Strateji tərəfdaşlığın regional modeli: Azərbaycan Gürcüstan əlaqələri

Prezident İlham Əliyevin qardaş Gürcüstana səfəri iki ölkə arasındakı çoxəsrlik dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafında yeni mərhələnin əsasını qoydu. Dövlət başçılarının mətbuata bəyanatı mövcud siyasi, iqtisadi və geostrateji tərəfdaşlığın perspektivlərini aydın şəkildə göstərir.

Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşayıb, bu ənənələr bu gün də dövlətlərarası münasibətlərin əsasını təşkil edir. Məhz, bu möhkəm tarixi baza iki ölkənin müasir dövrdə də qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modelini formalaşdırıb. Bu gün hər iki müstəqil dövlət inamla inkişaf edir və beynəlxalq arenada bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyir. 

Gürcüstandakı müsbət sərmayə iqlimi iqtisadi əməkdaşlığın miqyasını sürətlə genişləndirir.

Təsadüfi deyil ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 800 milyon dolları ötüb və artım dinamikası saxlanılarsa, ilin sonuna qədər rəqəmin 1 milyard dollara çatması gözlənilir. İndiyədək Gürcüstan iqtisadiyyatına Azərbaycan tərəfindən 3,7 milyard dollar həcmində sərmayə yatırılıb və bu gün də yeni investisiya layihələri, hətta gələcəkdə üçüncü ölkələrə birgə sərmayə qoyuluşu imkanları müzakirə edilir.
 

Enerji və nəqliyyat sahəsində əməkdaşlıq isə Azərbaycan–Gürcüstan tərəfdaşlığının strateji sütunlarını təşkil edir. Ölkəmizin enerji resurslarının dünya bazarlarına çıxarılmasında Gürcüstan əsas tranzit ölkə kimi çıxış edir.  


Bu gün Azərbaycan qazı 16 ölkəyə Gürcüstan vasitəsilə ixrac olunur. 20 ildir fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft kəməri və geniş coğrafiya üçün əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın karbohidrogen ehtiyatları dünya bazarlarına çıxarılır. Eyni zamanda, Xəzərin şərq sahillərindəki neft resurslarının tranziti və Azərbaycanla Gürcüstanın əsas nəqliyyat damarı sayılan Orta Dəhlizin genişləndirilməsi prosesi uğurla həyata keçirilir. 

Görüşlər çərçivəsində regional təhlükəsizlik arxitekturası, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və nəqliyyat-kommunikasiya xətlərinin inkişafı kimi məsələlərin geniş şəkildə müzakirə olunması bir daha göstərdi ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığı daha da dərinləşdirmək əzmindədirlər.

Bütün bu faktorlar sübut edir ki, iki ölkə arasında münasibətlər təkcə ikitərəfli çərçivə ilə məhdudlaşmır, daha geniş regional və qlobal əhəmiyyət daşıyır.

Beləliklə, birgə layihələrin effektiv koordinasiyası və qarşılıqlı dəstəyin davam etdirilməsi Cənubi Qafqazda uzunmüddətli sabitliyin, təhlükəsizliyin və rifahın təmin olunmasına xidmət edəcək. Bundan başqa, Prezident İlham Əliyevin Gürcüstana səfəri Bakı və Tbilisi arasında strateji tərəfdaşlığın uğurlu regional inkişaf modeli olduğunu da bir daha təsdiqləmiş oldu.

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı, professor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qusarda yağıntıların fəsadları belə aradan qaldırılır – FOTO

Qusarda yağıntıların fəsadları belə aradan qaldırılır – FOTO

Əhali Bakıdan KÖÇÜRÜLƏCƏK? - 200-300 km uzağa...

Əhali Bakıdan KÖÇÜRÜLƏCƏK? - 200-300 km uzağa...

Ərdoğanla İspaniyanın Baş naziri arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Ərdoğanla İspaniyanın Baş naziri arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Dostunun evindən pul oğurlayıb motosiklet aldı – Bakıda kuryoz OLAY

Dostunun evindən pul oğurlayıb motosiklet aldı – Bakıda kuryoz OLAY

Yermek Koşerbayev Azərbaycana GƏLİR

Yermek Koşerbayev Azərbaycana GƏLİR

Nizami Kino Mərkəzinin divarları əvvəlki görkəminə qaytarıldı – FOTO/VİDEO

Nizami Kino Mərkəzinin divarları əvvəlki görkəminə qaytarıldı – FOTO/VİDEO

İkinci Liqa: “Xankəndi” böyükhesablı qələbə qazandı

İkinci Liqa: “Xankəndi” böyükhesablı qələbə qazandı

Bürcünüzə görə hansı meyvəsiniz? – Xarakterinizin "dadı" bəlli oldu

Bürcünüzə görə hansı meyvəsiniz? – Xarakterinizin "dadı" bəlli oldu

Fərqanə Qasımova kəndə yol çəkdirib? - VİDEO

Fərqanə Qasımova kəndə yol çəkdirib? - VİDEO

Bakının bu əraziləri yağış sularından təmizlənir – VİDEO

Bakının bu əraziləri yağış sularından təmizlənir – VİDEO

“Turan Tovuz” doğma meydana QAYIDIR

“Turan Tovuz” doğma meydana QAYIDIR

Üç BÜRC böyük sərvətə hazır olmalıdır - PROQNOZ

Üç BÜRC böyük sərvətə hazır olmalıdır - PROQNOZ

Azərbaycanlı aktyorun toyu OLDU - VİDEO

Azərbaycanlı aktyorun toyu OLDU - VİDEO

Hörmüz boğazı ilə bağlı qətnaməyə VETO qoyuldu

Hörmüz boğazı ilə bağlı qətnaməyə VETO qoyuldu

Nənəsigilə qonaq gedən qız qaçırıldı - Hadisənin TƏFƏRRÜATI - VİDEO

Nənəsigilə qonaq gedən qız qaçırıldı - Hadisənin TƏFƏRRÜATI - VİDEO

SON DƏQİQƏ! Cəzaçəkmə müəssisəsində YANĞIN - İki nazirlikdən birgə MƏLUMAT

SON DƏQİQƏ! Cəzaçəkmə müəssisəsində YANĞIN - İki nazirlikdən birgə MƏLUMAT

Zaur Əliyev nazir müavini TƏYİN EDİLDİ

Zaur Əliyev nazir müavini TƏYİN EDİLDİ

"Səslərini eşidəndə tanıya bilmirəm"

"Səslərini eşidəndə tanıya bilmirəm"

Naxçıvan sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 14,8 milyonluq LAYİHƏ

Naxçıvan sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 14,8 milyonluq LAYİHƏ

Strateji tərəfdaşlığın regional modeli: Azərbaycan Gürcüstan əlaqələri

Strateji tərəfdaşlığın regional modeli: Azərbaycan Gürcüstan əlaqələri

Ay orbitindən inanılmaz görüntülər: Yer “batdı”, Günəş “yoxa çıxdı” – FOTO

Ay orbitindən inanılmaz görüntülər: Yer “batdı”, Günəş “yoxa çıxdı” – FOTO

Sürətlə yeriyən hər kəs 3 ortaq psixoloji xüsusiyyət daşıyır

Sürətlə yeriyən hər kəs 3 ortaq psixoloji xüsusiyyət daşıyır

ABŞ İrana qarşı nüvə silahından istifadə edəcək? - Ağ Ev BƏYANAT YAYDI

ABŞ İrana qarşı nüvə silahından istifadə edəcək? - Ağ Ev BƏYANAT YAYDI

Səhhətinə görə konsertini LƏĞV ETDİ

Səhhətinə görə konsertini LƏĞV ETDİ

End of content

No more pages to load

RADİO