Azərbaycanla Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO

Martın 16-da Azərbaycan Respublikasının maliyyə naziri, Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan QDTİB-nin prezidenti Serhat Köksalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan ilə QDTİB arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Nazir Sahil Babayev Bankın Azərbaycanın iqtisadi inkişafına və Qara dəniz regionunda iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirib.

Azərbaycanın QDTİB-nin təsisçi üzvlərindən biri kimi Bankın gələcək inkişafını dəstəklədiyini bildirən nazir qeyd edib ki, Bank fəaliyyətə başladığı vaxtdan etibarən Azərbaycanda maliyyələşdirdiyi layihələrlə ölkədə özəl sektorun inkişafına və maliyyə sektorunun gücləndirilməsinə töhfə verib.
 

Eyni zamanda, bildirilib ki, QDTİB Azərbaycanda yerli valyutada istiqraz buraxan ilk beynəlxalq maliyyə institutu olub və Bank özəl sektorun maliyyələşdirilməsini dəstəkləmək məqsədilə 2019-cu ildə Bakı Fond Birjasında korporativ istiqrazlar yerləşdirib.


Görüşdə Azərbaycanın QDTİB Rəhbərlər Şurasına hazırkı sədrliyi də diqqət mərkəzində olub, Bankın 2026-cı ilin iyul ayında Bakıda keçiriləcək növbəti illik toplantısının regional maliyyə əməkdaşlığının daha da möhkəmləndirilməsi baxımından mühüm platforma olacağı vurğulanıb.

Öz növbəsində, S.Köksal Azərbaycan ilə əməkdaşlığın Bank üçün mühüm əhəmiyyət daşıdığını bildirərək ölkəmizdə həyata keçirilən iqtisadi islahatların və formalaşdırılmış əlverişli investisiya mühitinin beynəlxalq maliyyə institutları üçün yeni imkanlar yaratdığını bildirib.

O, gələcək əməkdaşlıq çərçivəsində özəl sektorun inkişafının maliyyələşdirilməsi, kiçik və orta biznesin və maliyyə institutlarının dəstəklənməsi, regional ticarətin və nəqliyyat-logistika bağlantısının təşviqi, həmçinin dayanıqlı inkişaf və iqtisadi şaxələndirmə ilə bağlı layihələrin dəstəklənməsi istiqamətlərində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.
 

Görüş zamanı, həmçinin Bankın abunə kapitalının artırılması prosesində Azərbaycanın iştirakı, Bankın idarəetmə strukturunda üzv ölkələrin balanslaşdırılmış coğrafi təmsilçiliyinin təmin olunması, eləcə də tərəflər üçün qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Qeyd edək ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır.

QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ÇL matçına çıxmamaq cəzasından son anda XİLAS OLDU

ÇL matçına çıxmamaq cəzasından son anda XİLAS OLDU

Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb

Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb

Azərbaycanla Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO

Azərbaycanla Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO

"Mançester Yunayted" Kazemiro ilə bağlı qərarını dəyişməyəcək

"Mançester Yunayted" Kazemiro ilə bağlı qərarını dəyişməyəcək

Təzə soğan kimlərə olmaz? - Həkim AÇIQLADI

Təzə soğan kimlərə olmaz? - Həkim AÇIQLADI

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

"Oqtay məni heç vaxt tərifləmirdi"

"Oqtay məni heç vaxt tərifləmirdi"

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

Pensiya alanların NƏZƏRİNƏ

Pensiya alanların NƏZƏRİNƏ

Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədir

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

End of content

No more pages to load

RADİO