2025-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən özəl tibb müəssisələrinə və sahəvi tabeliliyi olan dövlət tibb müəssisələrinə 284,9 min göndəriş verilib.
Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əks olunub.
Qeyd edilib ki, özəl tibb müəssisələrinə 106,7 min (37%) sayda radioloji xidmətlərə, 61,4 min (22%) sayda oftalmoloji xidmətlərə, 51,5 min (18%) sayda invaziv radioloji xidmətlərə, 11,5 min (4%) sayda ürək-damar cərrahiyyəsi xidmətlərinə, 8,8 min (3%) sayda uroloji xidmətlərə, 6,2 min (2%) sayda travmataloji xidmətlərə, 2,6 min (1%) sayda neyrocərrahiyyə xidmətlərinə, 1,5 min (1%) sayda kardioloji xidmətlərə, 128 (0,1 %) sayda ginekoloji xidmətlərə və 34,6 min (121 %) sayda digər xəstəlik qrupları üzrə göndərişin verilməsi həyata keçirilib.
Günay Şahmar, Bizim.Media