Azərbaycanda un yenə BAHALAŞDI - QİYMƏTLƏR

Azərbaycanda un bazarında qiymət artımı müşahidə olunur.

Məlumata görə, hazırda 50 kiloqramlıq un kisələrinin topdansatış qiymətləri istehsalçı və müəssisədən asılı olaraq fərqlənir. Bəzi müəssisələrdə qiymətlər əvvəlki aylarla müqayisədə artaraq daha yüksək həddə çatıb. Bu isə bazarda fəaliyyət göstərən çörək sexləri, şirniyyat istehsalçıları və digər sahibkarlar üçün xərclərin yüksəlməsi deməkdir.

Ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26,1-28,6 manat arasında dəyişir.

Bizim.Media son rəqəmləri 2024-cü ildəki satış qiymətləri ilə müqayisə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Xaricdə bir, bizdə isə üç gün – Vitrində saxlanılan vaxtı keçmiş çörəklərin AQİBƏTİ


Hazırda ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü “Dəvəçi-Taxıl" MMC olsa da, onun da qiyməti ötən illərlə müqayisədə artıb. Belə ki, hazırda 26 manat 10 qəpiyə təklif olunan un növü 2024-cü ildə 25.30 manata satılıb.

Bu il ən bahalı satılan un növü isə "Azeri-Arapoğlu” U.S. və T.LTD" BM-dir. 28 manat 60 qəpiyə təklif edilən un növünün əvvəlki illərdəki qiyməti 27.50 manat olub.

"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin bu ilki satış qiyməti 26.50 manat, 2 il əvvəlki satış qiyməti isə 25.50 təşkil edib.

2024-cü ildə 25.95-ə satılan "SKY AGRO" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin builki satış qiyməti 27,70 manatdır.

"Qarabağ un" MMC-nin 50 kq-lıq un kisəsinin qiyməti bu il üçün 27,40 manata, əvvəlki illərdə isə 26.10 manata təklif olunub.

"Bakı Taxıl Terminalı" MMC, və "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin hazırki satış qiyməti 27.70 manat, 2024-cü ildə isə 26.10 manat olub.

Bu il 27.70 manata olan "Dəniz un sənayesi LTD", "Sünbül 20 12", "Avrora"  MMC-lərə məxsus 50 kq-lıq un kisəsi  əvvəlki illərdə 26.20 manata satılıb.

"Karmen" MMC, "Orxan UN" MMC, "Taxıl AQRO" MMC, "Xırman" MMC, "PAK-NUR" FİRMASI, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti ötən illərdə 26.25 manat olduğu halda bu il artaraq 27.70 manata təklif olunub.

"Anadoluqida" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti 26.30 manat olduğu halda, bu il 27.80 manata satışa çıxarılıb.

"AVETA" və "KARAT HOLDİNQ" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti  əvvəlki illərdə 26.35 manat, bu il 27.80 manat olub.

Ötən illərdə 26.50 manata satışda olan "ATS MİLL" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti bu il 28 manata artırılıb.

Satış qiyməti 26.55 manata təklif olunan "Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsi hazırda 28 manata təklif edilir.

"Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti 2024-cü ildəki qiyməti 26.70 manat, bu il isə 28.30 manatdır.

Rəqəmlərdən də göründüyü kimi, unun son topdansatış qiymətləri əvvəlki illərlə müqayisə 1-1.50 manatadək artırılıb.

Qeyd edək ki, ölkəmizdə 1 kq-lıq buğda unu təxminən 1.68-2.00, 2 kq-lıq un 1.89-3.25, 5 kq-lıq un isə 5 manat civarındadır.

Qlütensiz unun qiyməti isə daha yüksəkdir. Bu unun 5 kiloqramlıq kisəsinin qiyməti 5-18 manat arası dəyişir.

Xatırladaq ki, ölkəmizdə 1.2-1.3 milyon ton un istehsal olunur. Lakin digər hissəsi xarici ölkələrdən idxal olunur.

Qeyd edək ki, ötən ayın sonunda doğranmış formada satılan çörəklərin qiyməti növdən asılı olaraq 15–25 qəpik arasında artıb.

Əhalinin daha çox istifadə etdiyi zavod çörəklərinin qiyməti 65 qəpik təşkil edir.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paytaxtın bir sıra yollarında SIXLIQ VAR

Paytaxtın bir sıra yollarında SIXLIQ VAR

Qadağa siyahısında adı hallanan müğənnilər niyə verilişlərə dəvət olunub? - ÖZƏL/VİDEO

Qadağa siyahısında adı hallanan müğənnilər niyə verilişlərə dəvət olunub? - ÖZƏL/VİDEO

İranla müharibə bu tarixdə bitəcək - Trampdan PROQNOZ

İranla müharibə bu tarixdə bitəcək - Trampdan PROQNOZ

Buraxılış imtahanı ilə bağlı məsələ böyüyür: Nəticələr ləğv olunacaq?

Buraxılış imtahanı ilə bağlı məsələ böyüyür: Nəticələr ləğv olunacaq?

İnzibati cərimələrin qaytarılması qaydası TƏSDİQLƏNDİ

İnzibati cərimələrin qaytarılması qaydası TƏSDİQLƏNDİ

Əli Əsədov Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb

Əli Əsədov Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb

Bu gənc qızla-oğlanı polis axtarır – SƏBƏB

Bu gənc qızla-oğlanı polis axtarır – SƏBƏB

Baş nazirdən cərimələrlə bağlı QƏRAR

Baş nazirdən cərimələrlə bağlı QƏRAR

Paşinyan: "Qarabağdan köçən ermənilər Ermənistanda yaşamalıdır"

Paşinyan: "Qarabağdan köçən ermənilər Ermənistanda yaşamalıdır"

Bakıda küçədə çılpaq gəzən qadın saxlanıldı - VİDEO

Bakıda küçədə çılpaq gəzən qadın saxlanıldı - VİDEO

İranın öldürülən generalları ilə vida mərasimi – VİDEO

İranın öldürülən generalları ilə vida mərasimi – VİDEO

Dünyanın ən gözəl qadın adı AÇIQLANDI

Dünyanın ən gözəl qadın adı AÇIQLANDI

Aİ liderindən İranın Naxçıvana hücumuna SƏRT REAKSİYA

Aİ liderindən İranın Naxçıvana hücumuna SƏRT REAKSİYA

“Ermənistanla ticarətə başlamışıq, əminəm ki, sülh davam edəcək” - İlham Əliyev

“Ermənistanla ticarətə başlamışıq, əminəm ki, sülh davam edəcək” - İlham Əliyev

Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında avtomobil əlaqəsini təmin etməyə hazırıq - Paşinyan

Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında avtomobil əlaqəsini təmin etməyə hazırıq - Paşinyan

Koşta Aİ vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi

Koşta Aİ vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi

İlham Əliyev: “Aİ Azərbaycan üçün bir nömrəli ticarət tərəfdaşıdır”

İlham Əliyev: “Aİ Azərbaycan üçün bir nömrəli ticarət tərəfdaşıdır”

İlham Əliyev və Antonio Koşta mətbuata bəyanatlarla ÇIXIŞ EDİBLƏR

İlham Əliyev və Antonio Koşta mətbuata bəyanatlarla ÇIXIŞ EDİBLƏR

Paşinyan İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Paşinyan İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

AAYDA-dan Əvəz Qocayev və Hüsnü Quliyevin vəzifələrindən kənarlaşdırılması iddialarına REAKSİYA

AAYDA-dan Əvəz Qocayev və Hüsnü Quliyevin vəzifələrindən kənarlaşdırılması iddialarına REAKSİYA

SON DƏQİQƏ: İran futbolçuları dünya çempionatında iştirak etməyəcək

SON DƏQİQƏ: İran futbolçuları dünya çempionatında iştirak etməyəcək

2 ölkə çökür: Ehtiyatlar bitdi, əhali 3 ay davam gətirə bilməz

2 ölkə çökür: Ehtiyatlar bitdi, əhali 3 ay davam gətirə bilməz

"Kuruluş Orhan"a vida edir - Foto

"Kuruluş Orhan"a vida edir - Foto

Azərbaycanda dövlət şirkəti ləğv olundu

Azərbaycanda dövlət şirkəti ləğv olundu

End of content

No more pages to load

RADİO