Qlobal gübrə bazarında BÖHRAN - Azərbaycana necə təsir edəcək?

Yaxın Şərqdə gərginliyin artması və Hörmüz boğazı ətrafında gedən müzakirələr dünya enerji və gübrə bazarına da təsirsiz ötüşmür. Fars körfəzi regionu qlobal karbamid ixracının mühüm hissəsini təmin edir. Qətər, Səudiyyə Ərəbistanı, İran kimi ölkələrdən ixrac olunan gübrə məhsulları əsasən bu strateji dəniz keçidi vasitəsilə dünya bazarına çatdırılır. Məlumata görə, karbamid istehsalının 45 faizi Hörmüz boğazı vasitəsilə daşınır. Bu səbəbdən boğazda yaranan hər hansı risk qlobal bazarda karbamid qiymətlərinə və həcminə təsir göstərə bilər.

Bildiyimiz kimi, ölkəmizdə karbamid “SOCAR karbamid” zavodunda istehsal olunur. Statistikaya görə, 2025-ci ildə Azərbaycanda karbamid istehsalı 587 min ton həcmində həyata keçirilib ki, bu da 2024-cü illə müqayisədə 10 % artım deməkdir. İstehsalın 70 %-i ixrac üçün nəzərdə tutulub. Hazırda zavodda istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə Brazilya, Gürcüstan, Türkiyə, Moldova, Rumıniya, İtaliya, Bolqarıstan, Hindistan və s. ölkələrə ixrac edilir.

Yaxın Şərqdəki gərginlik alternativ ixrac mənbələrinə marağı artıra bilərmi? Ölkənin gübrə ixracından əldə etdiyi gəlirlərə təsir edə bilərmi? Həmçinin, istehsalın artırılması mümkündürmü?

Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli Bizim.Media-ya danışıb.

Onun sözlərinə görə, İran-İsrail müharibəsi və Hörmüz boğazında gərginlik dünya gübrə bazarına artıq təsir göstərməyə başlayıb və bu təsirin dolayı şəkildə Azərbaycana da çatması mümkündür:

“Çünki bu boğaz təkcə neft üçün deyil, həm də gübrə və gübrə xammalı ticarəti üçün əsas marşrutlardan biridir. Qlobal gübrə ticarətinin təxminən üçdə biri və karbamid ticarətinin böyük hissəsi Körfəz regionundan gəlir və bu yükün mühüm hissəsi məhz bu boğazdan keçir.

Əgər boğazda gərginlik uzun çəksə, dünya bazarında əsas təsir təklifin azalması və logistikanın bahalaşması olacaq. İxracın dayanması və ya azalması bazarda çatışmazlıq yaradır və qiymətlərin artmasına səbəb olur. Artıq bəzi bazarlarda karbamid qiymətlərinin qısa müddətdə ciddi yüksəldiyi müşahidə olunur”.

Ekspertin sözlərinə görə, Azərbaycana təsir bir neçə kanalla ola bilər:

“Birincisi, Azərbaycan karbamidi əsasən yerli istehsal hesabına təmin etsə də, qiymətlər daxili bazarda tam müstəqil formalaşmır və dünya qiymətləri ilə əlaqəlidir. Qlobal bazarda qiymətlər qalxarsa, ixrac imkanları genişlənə bilər və bu da daxili bazarda qiymətin yuxarı istiqamətdə təzyiq görməsinə səbəb ola bilər.

İkincisi, enerji qiymətləri faktoru var. Azot gübrələrinin istehsalında əsas xammal təbii qazdır və qaz qiymətləri artdıqda gübrə istehsalının maya dəyəri də yüksəlir. Hörmüzdə gərginlik neft və qaz bazarını da sarsıtdığı üçün bu, dolayısı ilə gübrə qiymətlərinə əlavə təzyiq yaradır.

Üçüncüsü, tələbat amili yarana bilər. Körfəz regionundan gələn gübrə axını azalarsa, bəzi ölkələr alternativ mənbələr axtarmağa başlayır. Bu halda Qara dəniz və Xəzər regionu istehsalçılarına, o cümlədən Azərbaycana tələbat arta bilər. Bu isə ixracın artmasına və daxili bazarda təklifin nisbətən azalmasına gətirə bilər.

Dördüncüsü, logistika və sığorta xərcləri artdıqda bütün gübrə ticarətinin qiyməti yüksəlir. Gəmilər alternativ marşrutlara yönəldikdə daşınma müddəti və yanacaq xərcləri artır, bu da dünya qiymətlərini yuxarı çəkir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə oğlunun öldürdüyü şəxs direktor müavini imiş – FOTO

Gəncədə oğlunun öldürdüyü şəxs direktor müavini imiş – FOTO

İlham Əliyev: "Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik"

İlham Əliyev: "Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik"

Konfrans Liqası: “Samsunspor” “Rayo Valyekano”nu sınağa ÇƏKƏCƏK

Konfrans Liqası: “Samsunspor” “Rayo Valyekano”nu sınağa ÇƏKƏCƏK

Prezident: “Biz Ermənistanla sülhə yalnız kağız üzərində nail olmamışıq”

Prezident: “Biz Ermənistanla sülhə yalnız kağız üzərində nail olmamışıq”

Tramp: “ABŞ İranla müharibədə qalib gəlib” – VİDEO

Tramp: “ABŞ İranla müharibədə qalib gəlib” – VİDEO

Prezident: “Təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub”

Prezident: “Təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub”

"Bitcoin"in qiyməti yenidən 69 min dollara endi

"Bitcoin"in qiyməti yenidən 69 min dollara endi

Prezident: “Təhlükəsizlik olmadan bütün başqa səylər mənasızdır”

Prezident: “Təhlükəsizlik olmadan bütün başqa səylər mənasızdır”

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi – FOTO

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi – FOTO

62 mindən çox şagird buraxılış imtahanı VERƏCƏK

62 mindən çox şagird buraxılış imtahanı VERƏCƏK

İlham Əliyev: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir”

İlham Əliyev: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir”

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

İraqın neft limanları fəaliyyətini dayandırdı - VİDEO

İraqın neft limanları fəaliyyətini dayandırdı - VİDEO

Bu şəkildən bir neçə dəqiqə sonra Şuşa əməliyyatı başlayıb...

Bu şəkildən bir neçə dəqiqə sonra Şuşa əməliyyatı başlayıb...

İlham Əliyev XIII Qlobal Bakı Forumunun AÇILIŞ MƏRASİMİNDƏ - FOTO

İlham Əliyev XIII Qlobal Bakı Forumunun AÇILIŞ MƏRASİMİNDƏ - FOTO

İrandan Azərbaycana təxliyə olunanların sayı AÇIQLANDI

İrandan Azərbaycana təxliyə olunanların sayı AÇIQLANDI

Trampdan İrana XƏBƏRDARLIQ: Enerji sistemini bir saatda məhv edə bilərik

Trampdan İrana XƏBƏRDARLIQ: Enerji sistemini bir saatda məhv edə bilərik

Hikmət Hacıyev: "XIII Qlobal Bakı Forumu 400 nəfəri bir araya gətirəcək" - VİDEO

Hikmət Hacıyev: "XIII Qlobal Bakı Forumu 400 nəfəri bir araya gətirəcək" - VİDEO

Təbii qazın qiyməti yenidən artdı

Təbii qazın qiyməti yenidən artdı

Ağsuda meyit tapıldı

Ağsuda meyit tapıldı

“Soruşdum ki, niyə onları öldürdük, general dedi “bu daha əyləncəlidir”

“Soruşdum ki, niyə onları öldürdük, general dedi “bu daha əyləncəlidir”

Avtobuslarda gedişhaqqı ilə bağlı yenilik – VİDEO

Avtobuslarda gedişhaqqı ilə bağlı yenilik – VİDEO

İran səfiri: Əli Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq

İran səfiri: Əli Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq

Nepalda hakimiyyətə 35 yaşlı reper GƏLƏCƏK?

Nepalda hakimiyyətə 35 yaşlı reper GƏLƏCƏK?

End of content

No more pages to load

RADİO