Marketlərdə saxta yumurta satılır? – AÇIQLAMA

Bəzi ölkələrdə real yumurtaya bənzər, amma əslində yumurta olmayan məhsullar hazırlanır. Yumurtanın ağ hissəsi, su, jelatin, nişasta və ya natrium alginat kimi qatqılarla şəffaf, jeləbənzər kütlə hazırlanır. Sarı hissəsi isə qida boyası, jelatin/nişasta və bəzi hallarda dadvericilərlə kürəcik formasında düzəldilir. 

Sosial şəbəkələrdə yayılan videolarda iddia olunur ki, saxta üsulla hazırlandığı deyilən yumurtalar dad, qoxu və bişirilmə xüsusiyyətlərinə görə digərlərindən fərqlənmir, hətta onların istifadəsini nümayiş etdirən görüntülər də paylaşılır.

Azərbaycan bazarlarında saxta yumurtaların satılması halları varmı?

Bizim.Media xəbər verir ki, mövzuya Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova münasibət bildirib.

Onun sözlərinə görə, Azərbaycanda qeyd olunan saxta yumurtaların satışı yoxdur:

“Xüsusilə də Azərbaycan ərazisində həm kənd yumurtasına əlçatanlıq var, həm də quşçuluq təsərrüfatı ilə məşğul olan müəssisələr də yetəri qədər yumurta istehsal edirlər. Bu, təbii toyuq yumurtasını əldə etmək saxta yumurtanı əldə etməkdən daha ucuz və asan başa gəlir. 
Çünki qeyd olunan kimi saxta yumurtanın yaranması üçün əldə olunan jelatin, nişasta onun qəliblənməsi və s. müxtəlif tenoloiya və xərclər tələb edir. Bu səbəbdən sahə üzrə belə yumurtaların əldə edilməsi effektiv hesab olunmaz. Eyni zamanda bəzən bu ölkələrdə bununla bağlı eksperimental çəkilişlər, reytinq xətrinə hazırlanmış videolar olur”.

M.Hüseynova qeyd edib ki, bəzən insanlar müxtəlif yumurtaları saxta zənn edir:
 

“Bəzi hallarda yumurtanın ağı və ya sarısı sərt, qoxusu daha kəskin olur. Bu, toyuğun yeminin tərkibi, yaşı, saxlama şəraiti ilə əlaqəli ola bilər, mövsümə görə dəyişə bilər. Bu zaman xüsusilə yumurta sarısının teksturası dəyişir. Amma bir çox hallarda qaynadıldıqdan sonra suda uzun müddət saxlanıldıqda yumurtanın sarısı sərt, elastik, rezin kimi görünüş əldə oluna bilər. 


Bu, bişirilmə və saxlama formasından asılıdır. Təbii ki, yumurtanın saxlanma şəraiti, temperaturun pozulması, çatlamış olması, qeyri-rəsmi satış yerlərindən alınması zərərlər verə bilər, bu zaman salmonellaya yoluxma riski daha yüksək olur. Eləcə də yüksək nəzarətdən keçməyən quşların yumurtası ola bilər ki, bu zaman sağlamlıq üçün müəyyən fəsadlar yarana bilər”. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan vasitəsilə İrandan təxliyə olunan xarici vətəndaşların sayı – Ölkələr üzrə SİYAHI

Azərbaycan vasitəsilə İrandan təxliyə olunan xarici vətəndaşların sayı – Ölkələr üzrə SİYAHI

SABAHIN HAVASI: Yollar buz bağlayacaq

SABAHIN HAVASI: Yollar buz bağlayacaq

Ötən həftə 4264 hektar ərazi minalardan təmizlənib

Ötən həftə 4264 hektar ərazi minalardan təmizlənib

“Roma” – “Yuventus” matçında bərabərlik – VİDEO

“Roma” – “Yuventus” matçında bərabərlik – VİDEO

Dəniz Əsədova ilə bağlı ŞOK FAKT: Dörd dəfə ad-soyadını dəyişib

Dəniz Əsədova ilə bağlı ŞOK FAKT: Dörd dəfə ad-soyadını dəyişib

Müharibədə həyatını itirən İran vətəndaşlarının SAYI AÇIQLANDI

Müharibədə həyatını itirən İran vətəndaşlarının SAYI AÇIQLANDI

BDU tələbələrinin nalayiq formada paylaşılması davam edir – FOTO

BDU tələbələrinin nalayiq formada paylaşılması davam edir – FOTO

ABŞ İran qırıcılarını belə məhv etdi – VİDEO

ABŞ İran qırıcılarını belə məhv etdi – VİDEO

İsrail hücuma BAŞLADI – Əhali Beyrutu tərk edir – VİDEO

İsrail hücuma BAŞLADI – Əhali Beyrutu tərk edir – VİDEO

ABŞ qırıcıları Küveyt səmasında qəzaya uğradı – RƏSMİ – FOTO/VİDEO

ABŞ qırıcıları Küveyt səmasında qəzaya uğradı – RƏSMİ – FOTO/VİDEO

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi

Ad gününü qeyd etmək üçün Əbu-Dabiyə getmişdi - Qayıda bilmir

Ad gününü qeyd etmək üçün Əbu-Dabiyə getmişdi - Qayıda bilmir

Rəqsanə Səidənin verilişində - VİDEO

Rəqsanə Səidənin verilişində - VİDEO

Qurban Qurbanov: “Biz Avropa futbolundan geridə qalırıq”

Qurban Qurbanov: “Biz Avropa futbolundan geridə qalırıq”

Xəzərdən Qara dənizə UZANAN KÖRPÜ - Azərbaycan Avropanın enerji xəritəsini NECƏ DƏYİŞİR?

Xəzərdən Qara dənizə UZANAN KÖRPÜ - Azərbaycan Avropanın enerji xəritəsini NECƏ DƏYİŞİR?

“Fənərbağça” Antalyada vacib xallar itirdi - VİDEO

“Fənərbağça” Antalyada vacib xallar itirdi - VİDEO

Ofelya Şabanova övladını itirib

Ofelya Şabanova övladını itirib

Bakı–Şamaxı yolu buz bağladı – FOTO

Bakı–Şamaxı yolu buz bağladı – FOTO

İran səfiri Azərbaycana təşəkkür etdi

İran səfiri Azərbaycana təşəkkür etdi

Yaxın Şərqdə hansı ölkələrin hava məkanı bağlıdır?

Yaxın Şərqdə hansı ölkələrin hava məkanı bağlıdır?

Fatimə məhkəməlik olduğu Nazilənin evinə GETDİ - VİDEO

Fatimə məhkəməlik olduğu Nazilənin evinə GETDİ - VİDEO

İrandan Azərbaycana təxliyə davam edir

İrandan Azərbaycana təxliyə davam edir

Ukrayna Qara dənizdə Rusiyanın neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Ukrayna Qara dənizdə Rusiyanın neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Narkotik ittihamı ilə məhkum edilən ekspertdən XƏBƏR VAR

Narkotik ittihamı ilə məhkum edilən ekspertdən XƏBƏR VAR

End of content

No more pages to load

RADİO