Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı

Ölkənin birinci bankı Kapital Bank və birinci universiteti Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq memorandumu imzalanıb. Bununla da Kapital Bank daha bir ali məktəblə strateji əməkdaşlığın əsasını qoyub. İmzalanma mərasimində Kapital Bank-ın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin birinci müavini Cavid Mirzəyev və BDU rektoru Elçin Babayev iştirak edib. 

Tədbirdə çıxış edən Cavid Mirzəyev bu əməkdaşlığı tarixi hadisə adlandırıb:

“Ölkənin birinci bankı olaraq, qədim tarixə malik Bakı Dövlət Universiteti ilə əməkdaşlığımızı daha böyük müstəvidə rəsmiləşdirmək bizim üçün olduqca vacib hadisədir. Təhsilə dəstək Kapital Bank-ın sosial məsuliyyət layihələrinin ən vacib, strateji istiqamətlərindən biridir.

Təcrübə göstərir ki, bu kimi əməkdaşlıqlar sayəsində tələbələrimiz praktiki biliklər əldə edir, gələcək karyeraları üçün vacib olan təcrübələri qazanır, eləcə də iş dünyasına daha hazırlıqlı şəkildə atılırlar. Biz isə peşəkar korporativ mühitə hazır olan gənclərlə əməkdaşlıq edə bilirik. Hazırda bankımızda 748 nəfər BDU məzunu çalışır.

Onlardan 68-i isə rəhbər vəzifələrdə yer alır. Bu rəqəmlər BDU məzunlarının maliyyə sektorunda da kifayət qədər uğurlu kadrlar olduğunun göstəricisidir. Düşünürəm ki, BDU-nun təhsil metodikası Kapital Bank-ın təcrübəsi ilə birləşdikdə gənclərin inkişafı üçün daha geniş platforma yaranacaq”. 

Rektor Elçin Babayev isə bu əməkdaşlığın tələbələrin əmək bazarına peşəkar kadr olaraq hazırlanmasına müsbət təsir edəcəyini vurğulayıb:

“Bizim fəaliyyətimizin prioritetlərindən biri də universitet və işəgötürənlər, həmçinin biznes strukturları ilə əlaqələrin gücləndirilməsidir. Kapital Bank-la əməkdaşlığımız tələbələrimiz üçün uğurlu karyera yolunda yeni imkanlar açacaq. Burada təcrübə mübadiləsi, bankın peşəkar kadrları tərəfindən tələbələrə təlimlərin keçirilməsi, onların tədris prosesinə cəlb olunması kimi bir çox məqamlar yer alır. Nəticədə bütün bunlar tələbələrimizin rəqabətli əmək bazarında daha dayanıqlı mövqelərdə olmasına səbəb olacaq”. 

İmzalanma mərasimindən sonra Bakı Dövlət Universitetinin nəzdində müasir texnologiyalar və avadanlıqlarla təchiz edilmiş, müasir standartlara cavab verən “Kapital Bank otağı”nın açılış mərasimi keçirilib. Mərasimdə Kapital Bank-ın menecer heyətində yer alan və BDU məzunu olan bank əməkdaşları öz təəssüratlarını bölüşüb, birgə əməkdaşlığın faydalı olacağına əminliklərini bildiriblər. 
 

Xatırladaq ki, hər zaman təhsilə dəstək layihələri ilə gündəmə gələn Kapital Bank-ın Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texnologiya Universiteti və Bakı Mühəndislik Universitetlərində də “Kapital Bank” otaqları fəaliyyət göstərir ki, bu otaqlarda vaxtaşırı tələbələrin peşəkar və şəxsi inkişafını dəstəkləyən layihələr həyata keçirilir. 


Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni müavinətlərlə bağlı MÜHÜM AÇIQLAMA – Bu qaydada təyin ediləcək

Yeni müavinətlərlə bağlı MÜHÜM AÇIQLAMA – Bu qaydada təyin ediləcək

Sumqayıtda avtomobil yandı – VİDEO

Sumqayıtda avtomobil yandı – VİDEO

“⁠İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin NƏZƏRİNƏ!

“⁠İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin NƏZƏRİNƏ!

Gəncədə fəhlələrin xəsarət aldığı partlayışın DETALLARI

Gəncədə fəhlələrin xəsarət aldığı partlayışın DETALLARI

Müzəffər GƏNCLİK - Qusarın fəal gəncləri BİR ARADA - FOTO

Müzəffər GƏNCLİK - Qusarın fəal gəncləri BİR ARADA - FOTO

Vəfa Şərifovanı hansı cəza GÖZLƏYİR?

Vəfa Şərifovanı hansı cəza GÖZLƏYİR?

Gəncədə kanalizasiya xəttinin təmiri zamanı PARTLAYIŞ: Xəsarət alanlar var - VİDEO

Gəncədə kanalizasiya xəttinin təmiri zamanı PARTLAYIŞ: Xəsarət alanlar var - VİDEO

Zəfər ruhlu Azərbaycan gəncliyi

Zəfər ruhlu Azərbaycan gəncliyi

Sevil obrazından bu günə: “Azad Qadın” heykəlinin hekayəsi – VİDEO

Sevil obrazından bu günə: “Azad Qadın” heykəlinin hekayəsi – VİDEO

Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Azərbaycanda mal-qaranın içindəki daş 70 min manata satılır - FOTO

Azərbaycanda mal-qaranın içindəki daş 70 min manata satılır - FOTO

“Neftçi”nin akademiyasına o rəhbərlik EDƏCƏK

“Neftçi”nin akademiyasına o rəhbərlik EDƏCƏK

Saatlıda sərnişinə əxlaqsız təkliflər edən sürücü HƏBS EDİLDİ - FOTO

Saatlıda sərnişinə əxlaqsız təkliflər edən sürücü HƏBS EDİLDİ - FOTO

Ölkələr üzrə IQ testi: Azərbaycan reytinqdə neçəncidir? – SİYAHI

Ölkələr üzrə IQ testi: Azərbaycan reytinqdə neçəncidir? – SİYAHI

Firəngiz Qasımova VƏFAT ETDİ - FOTO

Firəngiz Qasımova VƏFAT ETDİ - FOTO

Prezident Birləşmiş Ərəb Əmirliklərində səfərdədir – FOTO

Prezident Birləşmiş Ərəb Əmirliklərində səfərdədir – FOTO

Bu şəxslər 2500 manat CƏRİMƏ EDİLƏCƏK

Bu şəxslər 2500 manat CƏRİMƏ EDİLƏCƏK

Tenderlərlə bağlı prosedurda DƏYİŞİKLİK

Tenderlərlə bağlı prosedurda DƏYİŞİKLİK

Fırtınalı hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Fırtınalı hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Almanlar pivədən imtina edir – Satışlarda REKORD AZALMA

Almanlar pivədən imtina edir – Satışlarda REKORD AZALMA

Hansı özəl xəstəxanalarda onkoloji xəstələrə xidmət göstəriləcək? – Komitə sədrindən AÇIQLAMA

Hansı özəl xəstəxanalarda onkoloji xəstələrə xidmət göstəriləcək? – Komitə sədrindən AÇIQLAMA

Sabirabadda körpə ölümünə səbəb olan mama-ginekoloq sənədi saxtalaşdırıbmış - DETALLAR

Sabirabadda körpə ölümünə səbəb olan mama-ginekoloq sənədi saxtalaşdırıbmış - DETALLAR

Onların da müalicəsi dövlət hesabına APARILACAQ

Onların da müalicəsi dövlət hesabına APARILACAQ

Aslan Süleymanov vəfat etdi – FOTO

Aslan Süleymanov vəfat etdi – FOTO

End of content

No more pages to load

RADİO