Pensiyalarla bağlı ŞAD XƏBƏR - Yaxın günlərdə...

“Qlobal iqtisadiyyatdakı volatilliyə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində 2025-ci ildə Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxladı. İqtisadi inkişafda ən vacib məqamlardan biri artımın qeyri neft-qaz sektoru hesabına əldə edilməsidir. Bu o deməkdir ki, qeyri neft-qaz sektoru Azərbaycan iqtisadiyyatının əsas drayverinə çevrilməkdədir”.

Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Belə ki, ötən il iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalsa da, qeyri neft-qaz sektorunda 2,7 faiz artıb.

Sənayedə qeyri neft-qaz sektorunun artım tempi daha yüksək olub. Ötən il sənayenin qeyri neft-qaz sektorunda isə 5,5 faiz artım qeydə alınıb. Enerji bazarlarındakı volatilliyə rəğmən, qeyri neft-qaz sektorundakı artım iqtisadi inkişafın dayanıqlığını gücləndirməkdədir. Bu, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan dərinləşmiş islahatların nəticəsidir. İslahatlar iqtisadiyyatın şaxələndirilməsi prosesini də sürətləndirməkdədir. 2026-cı ildə qeyri neft-qaz sektoru büdcə gəlirlərinin 57, ÜDM-in isə 68 faizini formalaşdıracaq.
 

Yalnız ötən il reallaşan 5-ci sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə xidmət etdi. 2025-ci ildəki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.


Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manat əlavə vəsait yönəldilib. 2024-cü ildə respublika üzrə orta aylıq əməkhaqqı 8.1 faiz artmışdırsa, ötən ilin ilk 11 ayında artım 9.3 faiz olub. 2025-ci ilin yekun nominal orta aylıq əməkhaqqı artım faizinin fevral ayının əvvəllərində rəsmi elan ediləcəyi gözlənilir. İlkin gözlənti 9.2 faiz maaş artımıdır.

Bu isə o deməkdir ki, yaxın günlərdə bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək. 9.2 faiz artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq.

Bu bütün növ əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil ediləcək.
 

2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9%-dən çox artım deməkdir.


2026-cı ilin dövlət büdcəsindən sosial istiqamətə 17.1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ildə də sosial müdafiənin gücləndirilməsinin əsas prioritetlərdən olaraq qalacağından xəbər verir”, - deputat bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramvayı şəhərin hər yerində görməyəcəksiniz – Yeni nəqliyyat növü ilə bağlı DETALLAR

Tramvayı şəhərin hər yerində görməyəcəksiniz – Yeni nəqliyyat növü ilə bağlı DETALLAR

Ədliyyə generalı Tərtərə prokuror göndərildi

Ədliyyə generalı Tərtərə prokuror göndərildi

SON DƏQİQƏ: Avropa İttifaqının Tehrandakı səfirləri İran Xarici İşlər Nazirliyinə çağırıldı

SON DƏQİQƏ: Avropa İttifaqının Tehrandakı səfirləri İran Xarici İşlər Nazirliyinə çağırıldı

Azad edilmiş ərazilərdə ötən ay 374 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə ötən ay 374 mina aşkarlanıb

Aysun infarkt keçirən atası ilə danışmaqdan İMTİNA ETDİ - VİDEO

Aysun infarkt keçirən atası ilə danışmaqdan İMTİNA ETDİ - VİDEO

Laura Fernandes Kosta-Rikanın prezidenti seçildi - VİDEO

Laura Fernandes Kosta-Rikanın prezidenti seçildi - VİDEO

Siqaret çəkənlər kənarda qalacaq - Yeni işə qəbul QAYDASI

Siqaret çəkənlər kənarda qalacaq - Yeni işə qəbul QAYDASI

Rusiyada təyyarə qəzaya uğradı - Ölənlər var

Rusiyada təyyarə qəzaya uğradı - Ölənlər var

“Yuventus” səfərdə qalib gəldi - VİDEO

“Yuventus” səfərdə qalib gəldi - VİDEO

İran ətrafındakı xaosun enerji bazarına TƏSİRLƏRİ – Neftin qiyməti ilə bağlı KRİTİK PROQNOZ

İran ətrafındakı xaosun enerji bazarına TƏSİRLƏRİ – Neftin qiyməti ilə bağlı KRİTİK PROQNOZ

Döymələrini nümayiş etdirmək üçün səhnəyə şortikdə çıxdı – FOTO

Döymələrini nümayiş etdirmək üçün səhnəyə şortikdə çıxdı – FOTO

Qəzada həyatını itirən Səmanın FOTOSU

Qəzada həyatını itirən Səmanın FOTOSU

Sabahın HAVASI: 18 dərəcə isti, duman, qar...

Sabahın HAVASI: 18 dərəcə isti, duman, qar...

Aris Rüstəmov vəzifəsindən azad edildi

Aris Rüstəmov vəzifəsindən azad edildi

Sağlam sandığımız bu qida qaraciyəri məhv edir – ŞOK

Sağlam sandığımız bu qida qaraciyəri məhv edir – ŞOK

Azərbaycanla İordaniya arasındakı saziş TƏSDİQLƏNDİ

Azərbaycanla İordaniya arasındakı saziş TƏSDİQLƏNDİ

BSU Azərbaycan Gəncləri günü ilə bağlı tələbələr üçün komanda toplantısı keçirdi - FOTO

BSU Azərbaycan Gəncləri günü ilə bağlı tələbələr üçün komanda toplantısı keçirdi - FOTO

Xəstəxanaya yerləşdirilən Xalq artistinin SON DURUMU

Xəstəxanaya yerləşdirilən Xalq artistinin SON DURUMU

Anar Əzimov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Anar Əzimov yüksək vəzifəyə TƏYİN EDİLDİ

İTV-nin Yayım Şurasına yeni üzvlər seçildi – SİYAHI

İTV-nin Yayım Şurasına yeni üzvlər seçildi – SİYAHI

Aytəkindən həyat yoldaşı ilə bağlı suala reaksiya – FOTO

Aytəkindən həyat yoldaşı ilə bağlı suala reaksiya – FOTO

Siyavuş Novruzovdan TƏKLİF – “Bu şəxslərə güzəştli ipoteka verilsin”

Siyavuş Novruzovdan TƏKLİF – “Bu şəxslərə güzəştli ipoteka verilsin”

Səlim Müslümovun milyonluq evi və obyekti satılır

Səlim Müslümovun milyonluq evi və obyekti satılır

Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları yenidən formalaşdırıldı – ADLAR

Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları yenidən formalaşdırıldı – ADLAR

End of content

No more pages to load

RADİO