Dollarla bağlı HƏYƏCANLI XƏBƏR – Devalvasiya qapıda?

Qlobal maliyyə bazarlarında son aylarda müşahidə olunan proseslər dünya iqtisadiyyatında yeni risk mərhələsinin başlandığını göstərir.

ABŞ dollarının əsas valyutalara qarşı sürətlə dəyər itirməsi artıq texniki dalğalanma kimi yox, strateji tendensiya kimi qiymətləndirilir. Donald Trampın zəif dolları açıq şəkildə dəstəkləyən açıqlamaları, ABŞ-yə olan institusional etimadın zəifləməsi, geosiyasi gərginliklər və investorların dollardan qaçaraq qızıl və digər “təhlükəsiz limanlara” yönəlməsi bu prosesin daha da dərinləşə biləcəyini göstərir.

Belə bir şəraitdə dolların uzunmüddətli zəifləməsinin Azərbaycan kimi valyuta siyasəti dollar üzərində qurulan ölkələr üçün hansı nəticələr doğura biləcəyi xüsusi aktuallıq kəsb edir.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “nocomment.az”a danışan iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, dolların qlobal zəifləməsi ilk baxışda Azərbaycan üçün təhlükəli görünməsə də, proses uzandıqca risklər daha aydın şəkildə üzə çıxmağa başlayacaq.

Onun sözlərinə görə, əsas problem manatın məzənnə mexanizmi ilə bağlıdır:

“Manat dollara sabitləndiyi üçün dolların avro və digər əsas valyutalara qarşı ucuzlaşması manatın real effektiv məzənnəsinin möhkəmlənməsi deməkdir. Bu isə idxalın ucuzlaşmasına səbəb olsa da, ixrac üçün ciddi mənfi nəticələr yaradır.

Azərbaycan iqtisadiyyatında qeyri-neft ixracının zəif olduğu bir şəraitdə manatın bahalaşması bu sektoru daha da çətin vəziyyətə salır. Yerli istehsalçılar Avropa və digər bazarlarda qiymət baxımından rəqabət aparmaqda çətinlik çəkir, nəticədə ixrac həcmləri azalır və tədiyyə balansında qeyri-neft kəsiri dərinləşir. Bu proses uzunmüddətli olarsa, iqtisadi artım tempinə də mənfi təsir göstərə bilər”.

Natiq Cəfərlinin sözlərinə görə, dolların zəifləməsi neft gəlirləri baxımından da ziddiyyətli təsirlər yaradır:

“Qısamüddətli dövrdə neftin dollar ifadəsində qiymətinin artması mümkündür. Bu, dövlət büdcəsi və Dövlət Neft Fondu üçün müəyyən rahatlıq yarada bilər. Lakin dolların zəifləməsi qlobal iqtisadi durğunluqla paralel gedərsə, enerji tələbatının azalması ehtimalı yüksəlir. Bu halda neft qiymətlərindəki artım davamlı olmur və Azərbaycan üçün gəlir riskləri yenidən gündəmə gəlir.

Maliyyə sektorunda da dəyişikliklər qaçılmazdır.

Dolların gəlirliliyinin azalması əhalinin və investorların davranışına təsir göstərə bilər. Dollarla saxlanılan əmanətlərin bir hissəsi avroya, qızıla və digər alətlərə yönələ bilər ki, bu da bank sistemində valyuta strukturunun dəyişməsinə səbəb olar. Eyni zamanda psixoloji faktorlar güclənərsə, valyuta bazarında əlavə təzyiqlər formalaşa bilər”.

Ekspert bildirib ki, ən həssas məsələ isə yeni devalvasiya ehtimalıdır:

“Hazırkı mərhələdə dolların zəifləməsi birbaşa olaraq manatın devalvasiyasına səbəb olmur. Azərbaycan Mərkəzi Bankının və Dövlət Neft Fondunun kifayət qədər valyuta ehtiyatları var və bu, qısa müddətdə məzənnəni qorumağa imkan verir. Lakin risklər tamamilə istisna edilmir.

Əgər dollar uzun müddət zəifləyərsə, manatın real dəyəri həddindən artıq möhkəmlənərsə və bu fonda ixrac azalaraq büdcə və tədiyyə balansında problemlər yaranarsa, orta müddətli perspektivdə məzənnə ilə bağlı qərarlar yenidən gündəmə gələ bilər”.

İqtisadçının fikrincə, əsas təhlükə ani devalvasiyada deyil, iqtisadiyyatın dollar asılılığının qalmasındadır:

“Bu asılılıq davam etdikcə qlobal valyuta dalğalanmaları avtomatik olaraq Azərbaycana da ötürülür. Ona görə də dolların zəifləməsi fonunda əsas prioritet qeyri-neft sektorunun gücləndirilməsi, ixracın diversifikasiyası və manatın real effektiv məzənnəsinin iqtisadi əsaslarla tənzimlənməsi olmalıdır. Əks halda, bu gün təhlükə kimi görünməyən proseslər gələcəkdə daha ciddi makroiqtisadi çağırışlara çevrilə bilər”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nailə İslamzadənin qış tətili – VİDEO

Nailə İslamzadənin qış tətili – VİDEO

Vergi və gömrük güzəştləri ilə bağlı YENİ QƏRAR

Vergi və gömrük güzəştləri ilə bağlı YENİ QƏRAR

Pidqurskinin “Neftçi”yə keçidi niyə BAŞ TUTMADI?

Pidqurskinin “Neftçi”yə keçidi niyə BAŞ TUTMADI?

Bakıda “kupça” verilməyəcək evlərin siyahısı açıqlandı - Onlar mənzillə vidalaşsın…

Bakıda “kupça” verilməyəcək evlərin siyahısı açıqlandı - Onlar mənzillə vidalaşsın…

Qızılın heç bir dəyəri qalmayacaq... - Heç kimin gözləmədiyi hadisə baş verdi

Qızılın heç bir dəyəri qalmayacaq... - Heç kimin gözləmədiyi hadisə baş verdi

Yanvarda ən çox qar bu əraziyə YAĞIB

Yanvarda ən çox qar bu əraziyə YAĞIB

Bu müavinətlər yeni qaydada hesablanacaq – QƏRAR

Bu müavinətlər yeni qaydada hesablanacaq – QƏRAR

Mərhum atasının fotosunu paylaşıb bunları yazdı

Mərhum atasının fotosunu paylaşıb bunları yazdı

Siyəzəndə bacı-qardaşın həyatını itirdiyi dəhşətli qəzanın TƏFƏRRÜATI

Siyəzəndə bacı-qardaşın həyatını itirdiyi dəhşətli qəzanın TƏFƏRRÜATI

Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir

Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir

Prezidentdən Azərbaycan gənclərinə MÜRACİƏT

Prezidentdən Azərbaycan gənclərinə MÜRACİƏT

Xaricdən mobil telefon gətirənlərin NƏZƏRİNƏ – YENİ QAYDA

Xaricdən mobil telefon gətirənlərin NƏZƏRİNƏ – YENİ QAYDA

Dəm qazı daha bir can aldı

Dəm qazı daha bir can aldı

Bill Qeyts Epşteynin yeni sənədlərindəki ittihamlara münasibət bildirdi

Bill Qeyts Epşteynin yeni sənədlərindəki ittihamlara münasibət bildirdi

ABŞ İrana zərbə endirməzdən əvvəl Yaxın Şərqdə HHM-ni gücləndirir

ABŞ İrana zərbə endirməzdən əvvəl Yaxın Şərqdə HHM-ni gücləndirir

Rusiya ordusu Zaporojye vilayətində iki yaşayış məntəqəsində irəlilədi

Rusiya ordusu Zaporojye vilayətində iki yaşayış məntəqəsində irəlilədi

Cəlilabadda qardaşı uşaqlarını baltalayan əmiyə cinayət işi açıldı – RƏSMİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan əmiyə cinayət işi açıldı – RƏSMİ

Arvadının telefonunda yad kişiyə aid fotoşəkil tapdı və…

Arvadının telefonunda yad kişiyə aid fotoşəkil tapdı və…

Makronun da adı Epşteyn sənədlərində hallandı: Fransa ayağa qalxdı

Makronun da adı Epşteyn sənədlərində hallandı: Fransa ayağa qalxdı

"Gənc həmkarlarla inkişafa doğru" tədbiri keçirildi – FOTO

"Gənc həmkarlarla inkişafa doğru" tədbiri keçirildi – FOTO

Baltalanan yeniyetmələrin qohumu: "Zərbədən qızın beyni dağılıb" – VİDEO

Baltalanan yeniyetmələrin qohumu: "Zərbədən qızın beyni dağılıb" – VİDEO

“Hər şeyi darmadağın etdilər” - Namiq Qaraçuxurlu - Video

“Hər şeyi darmadağın etdilər” - Namiq Qaraçuxurlu - Video

Ağsuda DAVA qanla bitdi – Saxlanılan var

Ağsuda DAVA qanla bitdi – Saxlanılan var

Trampdan qonaqlara: “Burada nifrət etdiyim o qədər adam var ki...”

Trampdan qonaqlara: “Burada nifrət etdiyim o qədər adam var ki...”

End of content

No more pages to load

RADİO