Dövlət Neft Fondunun aktivləri 45 milyard dolları keçdi

Bu il yanvarın 1-nə Dövlət Neft Fondunun (ARDNF) aktivləri 45 025,1 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən il yanvarın 1-i ilə müqayisədə 3,35% çoxdur.

Bizim.Media ARDNF-ə istinadən xəbər verir ki, aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.

Fondun yaranma tarixindən etibarən investisiya fəaliyyəti çərçivəsində əldə olunan gəlir 10,2 milyard dollar təşkil edib. Bunun isə 8,9 milyard dolları son 10 ildə əldə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Neft Fondu valyuta hərraclarındakı satışını 8 % azaltdı – 2021-ci ildə


​​​​​​​2021-ci ildə ARDNF-in büdcə gəlirləri 15 985,6 milyon manat, büdcə xərcləri isə 11 382,7 milyon manat təşkil edib.

Belə ki, Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 12 698,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 894,6 milyon manat, bonus ödənişlərindən 776,9 milyon manat, akrhesabı ödənişlərdən 5,3 milyon manat, tranzitdən isə 21,4 milyon manat gəlir əldə edib. Qurumun vəsaitinin idarə olunması hesabına gəliri isə 3 287,4 milyon manat olub.

Ötən il ARDNF 2021-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 11 350 milyon manat vəsait transfert edib, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 10,2 milyon manat yönəldib.

Fondun idarə edilməsi ilə bağlı xərcləri isə 22,5 milyon manat təşkil edib.

Bundan başqa, qurum valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı 2 119,3 milyon manat büdcədənkənar xərcə düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində QƏRAR

"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində QƏRAR

Arda Güler dünyanın ən dəyərli 19-cu futbolçusu oldu - SİYAHI

Arda Güler dünyanın ən dəyərli 19-cu futbolçusu oldu - SİYAHI

Yüksək vəzifəyə təyin olunan Oqtay Gözəlov kimdir? – DOSYE

Yüksək vəzifəyə təyin olunan Oqtay Gözəlov kimdir? – DOSYE

Bolqarıstan sahillərində iki Türkiyə gəmisinə dron hücumu: Biri batıb – VİDEO

Bolqarıstan sahillərində iki Türkiyə gəmisinə dron hücumu: Biri batıb – VİDEO

1923-cü ildə rus tacirlər Şərqi Anadoludan 10 min pişik almaq istəyib

1923-cü ildə rus tacirlər Şərqi Anadoludan 10 min pişik almaq istəyib

Kamçatkada helikopter sərt eniş etdi

Kamçatkada helikopter sərt eniş etdi

Nazir şöbə müdirini vəzifədən azad etdi

Nazir şöbə müdirini vəzifədən azad etdi

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTO

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTO

Qubada əməliyyat: 2 nəfər HƏBS EDİLDİ

Qubada əməliyyat: 2 nəfər HƏBS EDİLDİ

Aylıq sosial müavinət alanlarla bağlı yeni XƏBƏR VAR

Aylıq sosial müavinət alanlarla bağlı yeni XƏBƏR VAR

Məktəb bufetində zərərli qida satılırsa... – Direktor məsuliyyətə CƏLB OLUNACAQ?

Məktəb bufetində zərərli qida satılırsa... – Direktor məsuliyyətə CƏLB OLUNACAQ?

Sevinc Osmanqızının mənəvi faciəsi...

Sevinc Osmanqızının mənəvi faciəsi...

ISW: Ukrayna ordusu Volçansk yaxınlığında Rusiya qoşunlarını geri oturtdu

ISW: Ukrayna ordusu Volçansk yaxınlığında Rusiya qoşunlarını geri oturtdu

İstanbulda 7 şagirdi yaralayan qız belə ələ keçirildi – FOTO-VİDEO

İstanbulda 7 şagirdi yaralayan qız belə ələ keçirildi – FOTO-VİDEO

Sumqayıtda kanalizasiya xəttinə görə qazılan yol niyə bərpa olunmur? – VİDEO

Sumqayıtda kanalizasiya xəttinə görə qazılan yol niyə bərpa olunmur? – VİDEO

Türkiyə Ukraynaya Korkut hava hücumundan müdafiə kompleksi verib?

Türkiyə Ukraynaya Korkut hava hücumundan müdafiə kompleksi verib?

Moskva vilayətinə dron hücumu: Ölən və yaralananlar var - VİDEO

Moskva vilayətinə dron hücumu: Ölən və yaralananlar var - VİDEO

ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verildi – FOTO

ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verildi – FOTO

End of content

No more pages to load

RADİO