“İqtisadiyyat Nazirliyinə məxsus Ağdam Sənaye Parkının rezidenti olmaq istəyən 4 şirkətlə danışıqlar son mərhələdədir”.
Bizim.Media xəbər verir ki, bunu nazir müavini Sahib Ələkbərov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktiki konfransda bildirib.
O, Parkda sosial zonanın təşkilinin yekunlaşdığını diqqətə çatdırıb:
“Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, aptek, mağaza, yeməkxana yaradılıb, əraziyə asfalt, yol, su xətti çəkilib. İşıqlandırmada günəş enerjisindən qidalanan panellərdən istifadə edilir”.
Qeyd edək ki, Ağdam Sənaye Parkının ərazisinin 76 hektarı, yəni 40 %-i minalardan təmizlənib.
Bizim.Media