Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 72 900 avtomobil idxal edilib.
Bizim.Media Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,25 faiz çoxdur.
Hesabat dövründə idxal olunan avtomobillərin 68 024-ü minik avtomobilidir. Azərbaycan bu dövr ərzində 744,379 milyon dollar məbləğində avtomobil idxal edib.
Bizim.Media