İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dekabrın 21-də və 28-də özəlləşdirmə hərracları təşkil edəcək.
Bizim.Media Dövlət Xidmətinə istinadən xəbər verir ki, 1-ci hərraca 12 səhmdar cəmiyyətinin dövlətə məxsus səhmi, 2-ci hərraca isə 18 kiçik dövlət müəssisəsi və 1 yarımçıq tikili çıxarılacaq.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri arasında arasında quşçuluq, aqrokimya, nəqliyyat, təmir və s. sahələrə aid olan müəssisələr - “Bakavtoservis”, “Zaqatala Fındıq”, “Salyan broyler” var.
Onların səhm paketləri nizamnamə kapitalının 30-45 %-ni təşkil edir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir.
Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış olmaq mümkündür: (//bit.ly/3oQSGdk)
Bizim.Media