“İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-noyabr ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 111,19 % əməl edib”.
Bizim.Media-nın xəbərinə görə, bu barədə Komitənin sədri Səfər Mehdiyev sosial şəbəkə hesabında yazıb.
Komitə sədri bildirib ki, nəzərdə tutulan proqnozdan əlavə 396,3 mln. manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.
Bizim.Media