Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 72 902 avtomobil idxal edilib.
Bizim.Media Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən bildirir ki, idxalın statistik dəyəri 744 milyon 379 min dollara bərabər olub.
İdxal edilən avtomobillərdən 68 024 ədədi minik avtomobili, 186 ədədi 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri, 4 571 yük avtomobilləri, 121 xüsusi təyinatlı avtomobillərdir.
Xatirə, Bizim.Media