İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dekabrın 21-də və 28-də özəlləşdirmə hərracları təşkil edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Məlumata görə, 1-ci hərraca 12 səhmdar cəmiyyətinin dövlətə məxsus səhmi, 2-ci hərraca isə 18 kiçik dövlət müəssisəsi və 1 yarımçıq tikili çıxarılacaq.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri arasında arasında quşçuluq, aqrokimya, nəqliyyat, təmir və s. sahələrə aid olan müəssisələr – o cemlədən “Bakavtoservis”, “Zaqatala Fındıq”, “Salyan broyler” səhmdar cəmiyyətləri var.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir.
Bizim.Media