2021-ci ilin yanvar-oktyabr aylarında dünyanın 185 ölkəsi ilə xarici ticarət əlaqələri qurulub.
Bizim.Media Dövlət Gömrük Komitəsinin məlumatına istinadən bildirir ki, xarici ticarət iştirakçılarının sayı 54 873 olub. Onlardan 46 623 fiziki şəxs, 8250 isə hüquqi şəxslərdir.
Cəmi 250 hüquqi şəxs dövlət sektoruna mənsubdur. Özəl sektorda ticarət iştirakçısı olan hüquqi şəxslərin sayı 8000-dir.
Xatirə, Bizim.Media