Yanvar-oktyabr aylarında Azərbaycan neft-qaz sektoruna daxil olan məhsulların ixracından 14,8 milyard gəlir əldə edib.
Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu sahədə ixracda əsas yeri xam neft və xam neft məhsulları tutub. Bu 10 ayın ümumi ixracında 66,59 faizlik hissəni tutub.
Neft-qaz sektoruna daxil olan məhsullar üzrə bu ilin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 4 milyard dollar çox olub.
Belə ki, 2020-ci ilin yanvar-oktyabr aylarında bu sahədə ixracın həcmi 10,8 milyard dollara bərabər olub.
Xatirə, Bizim.Media