Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 28 534,61 ABŞ dolları dəyərində 39 180,22 ton düyü idxal edilib.
Bizim.Media xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalarda öz əksini tapıb.
Mənbə bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk 10 ayında ölkəyə idxal edilən düyünün dəyəri 14,5%, həcmi isə 18,9% azalıb.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr ayları ərzində düyü idxalı Azərbaycanın ümumi idxalının 0,31%-nə bərabər olub.
Bizim.Media