Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında imzalanmış qaz mübadiləsinə dair üçtərəfli müqavilə (SWAP) dekabrın 1-dən qüvvəyə minəcək, lakin müqavilə üzrə qazın nəqlinə dekabrın sonunda başlanacaq.
Bizim.Media İranın "Mehr" agentliyinə istinadən xəbər verir ki, noyabrın 28-də Aşqabad şəhərində imzalanmış üçtərəfli müqavilə müddətsizdir və dekabrın 1-dən qüvvəyə minir.
Lakin faktiki olaraq müqavilə üzrə qazın nəqlinə dekabrın 22-dən etibarən başlanacağı gözlənilir.
Bizim.Media