Bitkoinin qiyməti noyabrın 27-də 53,55 min dollar təşkil edib.
Bizim.Media xəbər verir ki, bu, oktyabrın əvvəlindən bəri ən aşağı göstəricidir.
Coin Metrics-in məlumatına görə, bitkoin cəmi 24 saat ərzində 8% ucuzlaşıb.
Bu isə o deməkdir ki, kriptovalyuta bu ayın əvvəlində əldə edilən rekord həddən - 69 min dollardan 20% ucuzlaşıb.
Biildirilir ki, noyabrın 26-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun yeni ştammı haqqında məlumat verməsindən sonra, qlobal birjalarda eniş müşahidə olunmağa başlayıb.
Bizim.Media