Yanvar-oktyabr aylarında Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 392,3 milyon manat dəyərində məhsul istehsal edilib.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə toxuculuq sənayesində 42 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 35,6 faiz artım olub.
Geyim istehsalı isə 14,5 faiz azalıb.
Xatirə, Bizim.Media