Koreya Respublikasının paytaxtı Seul şəhərində “Azərbaycan – Cənubi Koreya Forumu” keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə idxalın təşviqi sahəsində fəaliyyət göstərən Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) üzv şirkətləri iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Elnur Əliyev sahibkarlığın stimullaşdırılması və rəqabət qabiliyyətinin artırılması üçün görülən işlər, pandemiya dövründə kiçik və orta biznesə dəstək mexanizmləri, maliyyə resurslarına sadələşdirilmiş çıxışın təmin olunması və digər tədbirlər nəticəsində qeyri-neft ixracında əldə olunmuş uğurları diqqətə çatdırıb.
Bizim.Media