Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 545,3 manat təşkil edib.
Naxçıvan Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, bu göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3% çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 544,2 manata bərabər olub.
Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.
Bizim.Media