“Biz on illiklər ərzində məcburi köçkünlərə dəstək vermişik”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer jurnalistlərə açıqlamasında bildirib.
Amerikalı diplomat qeyd edib ki, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtması üçün qaytarılan ərazilər minalardan təmizlənməlidir.
“ABŞ-ın qeyri-hökumət təşkilatı Marşal Fondu bu istiqamətdə hökumətlə və ANAMA ilə çalışır. ABŞ şirkətləri Azərbaycana, xüsusən də azad edilmiş ərazilərə investisiya qoya bilər, bunun üçün isə onların tenderlərdə iştirakı lazımdır”, - deyə ABŞ səfiri bildirib.
Bizim.Media