2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 28 milyard 432,8 milyon kub-metr qaz nəql edilib.
Bizim.Media Dövlət Statistia Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,4 faiz artım müşahidə olunub. Qazın nəqlinin 50,5 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bu kəmərlə 14 milyard 364,9 milyon kub-metr qaz ötürülüb.
Bizim.Media