Azərbaycanın “Azeri Light” markalı xam neftinin bir barelinin həftə ərzində orta qiyməti 82,62 ABŞ dolları təşkil edib.
Bizim.Media-nın məlumatına görə, Azərbaycan neftinin qiymətinin ən aşağı həddi 19 noyabr tarixində qeydə alınıb və 80,39 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 8-12 noyabr tarixlərini əhatə edən müddət ərzində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 85,37 ABŞ dollarına bərabər olub.
Bizim.Media