Azərbaycanda yanvar-oktyabr aylarında 1862 ədəd minik avtomobili istehsal olunub.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 365 ədəd çoxdur.
Dövr ərzində əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə mancanaq dəzgahlarının istehsalı 3,2 dəfə, traktorların istehsalı 2,3 dəfə, fəvvarə armaturunun istehsalı isə 50,6 faiz artıb.
Yanvar-oktyabr aylarında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 323,4 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,5 faiz, maşın və avadanlıqların istehsalı 9,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 90,0 faiz azalıb.
Bizim.Media