Dünya bazarlarında “Brent” markalı neftin qiyməti oktyabrın əvvəlindən sonra ilk dəfə 78 ABŞ dollarından aşağı düşüb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Prime” nəşri yayıb.
Mənbə yazır ki, Bakı vaxtı ilə saat 8.46-ya olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,2% ucuzlaşaraq, 1 bareli 78,74 ABŞ dollarına satılıb.
WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 0,04% aşağı düşərək, 1 bareli 75,91 ABŞ dolları təşkil edib.
Bizim.Media