Noyabrın 22-də avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 0,7% enərək 1,9169 manat təşkil edib.
Bizim.Media xəbər verir ki, bu, ötən ilin 10 iyulundan bəri qeydə alınan ən aşağı göstəricidir.
Sonuncu dəfə avronun manata qarşı bundan aşağı məzənnəsi 2020-ci ilin iyulun 10-da qeydə alınıb. Həmin vaxt 1 avro 1,9163 manat olmuşdu.
Bizim.Media