Azərbaycan Türkmənistan arasında iqtisadi əməkdaşlığı genişləndirilir.
Bizim.Media xəbər verir ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.
Görüş zamanı siyasi, ticari-iqtisadi, nəqliyyat-kommunikasiya, elmi-texniki, mədəni-humanitar və digər sahələr üzrə dövlətlərarası əlaqələrin strateji xarakter daşıdığını vurğulayan tərəflər müxtəlif istiqamətlər üzrə münasibətlərin inkişaf etdirilməsi üzrə əlaqələndirici orqan qismində iqtisadi əməkdaşlıq üzrə Türkmənistan-Azərbaycan hökumətlərarası komissiyanın rolunun gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Bu kontekstdə qarşılıqlı investisiyaların məhsuldar əməkdaşlığın genişləndirilməsinin vacib amillərindən biri olduğu bildirilib.
Müzakirə mövzularından biri Türkmənistan və Azərbaycanın milli iqtisadiyyatlar üçün strateji əhəmiyyətə malik enerji sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri olub.
Bizim.Media