Dünya bazarlarında neft bahalaşıb.
Bizim.Media xəbər verir ki, ICE London qitələrarası birjasında “Brent” neftinin ixracına dair 2022-ci ilin yanvar müqaviləsinin dəyəri 0,59% artaraq 1 barelə görə 81,72 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,62% artaraq 79,50 dollar təşkil edib.
Bizim.Media