Bu ilin yanvar-oktyabr aylarında Bakıda metrodan istifadənlərin sayı 25,5 faiz azalaraq 55,6 milyon nəfər olub.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ümumilikdə 2021-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda sərnişin daşınması 5,9 faiz azalıb.
Hesabat dövrü ərzində 959,7 milyon sərnişinə xidmət göstərilib. Sərnişinlərin 93,9 faizi avtomobil nəqliyyatı, 5,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Bizim.Media