Bazarda neftin müvəqqəti profisit ehtimalının mövcudluğu səbəbindən dünya bazarlarında neft ucuzlaşmaqda davam edir.
Bizim.Media xəbər verir ki, Bakı vaxtı ilə saat 8.00-a olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,39% ucuzlaşaraq, 1 bareli 79,97 ABŞ dollarına satılıb.
WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 0,66% aşağı düşərək, 1 bareli 77,03 ABŞ dolları təşkil edib.
Bizim.Media